“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Samir Nuriyev Saymon Stillə görüşdü - Nələr müzakirə edilib?

Tarix 24.07.24, 17:26

Font ölçüsü : - / +
bitmap-img6


İyulun 24-də Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.

AzFakt.com xəbər verir ki, Samir Nuriyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29-a hazırlıq prosesi barədə məlumat verib, bu günlərdə ölkəmizin təşəbbüslərinin geniş ictimaiyyət üçün açıqlandığını, COP29-un müəyyən edilmiş prezidentinin Çərçivə Konvensiyasının bütün tərəflərinə bu mötəbər tədbirlə bağlı planları, gözləntiləri əks etdirən müfəssəl məktub ünvanladığını bildirib.

Prezident Administrasiyasının rəhbəri COP29 sədrliyinin bütün dövlətlərin və digər maraqlı tərəflərin mövqeyini öyrəndiyini, mühüm beynəlxalq toplantılarda iştirak etdiyini, fəal şəkildə çalışdığını diqqətə çatdırıb, ölkəmizin yeni iqlim maliyyəsinin məbləği üzrə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konsensusa nail olunması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Samir Nuriyev, həmçinin COP29-a hazırlıq prosesi çərçivəsində Azərbaycanda keçiriləcək tədbirlər, konfransa qatılacaq nümayəndə heyətləri və digər iştirakçılar üçün yaradılacaq şərait, vətəndaş cəmiyyətinin COP29-da iştirakına dəstək, kommunikasiya sahəsində görülən işlərdən danışıb.

Saymon Stil Azərbaycan tərəfindən COP29-un uğurla keçirilməsi istiqamətində aparılan işlərdən, kiçik ada ölkələrinə dəstək verilməsinin Azərbaycanın gündəliyində yer almasından məmnunluğunu ifadə edib, BMT-nin COP29-un təşkili ilə bağlı Azərbaycana hər cür kömək göstərməyə hazır olduğunu bildirib.








Xəbərin oxunma sayı : 1333




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap