Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?

Tarix 26.09.20, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


Yevlax Şəhər İcra hakimiyyəti "Təmir-İnşaat” MMC ilə maliyyə dəyəri 630 353 AZN olan müqavilə bağlayıb.

AzFakt.com Yenisabah-a istinadən xəbər verir ki, müqaviləyə əsasən şirkət Yevlax şəhərində avtomobil yollarını əsaslı təmir etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatına görə, "Təmir-İnşaat” MMC 15 dekabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin Yevlax rayonu, Yevlax şəhəri, İ.Dəmirov küçəsi, ev 84-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmtiyev Raquf Rəhim oğludur.

"Təmir-İnşaat” 10 manatlıq şirkət olsa da, dövlət qurumları milyonluq layihələri bu MMC-yə etibar edir. Məsələn, 2019-cu ildə Dövlət Avtomobil Yolları Agentliyi şirkətlə maliyyə dəyəri 2 300 000 AZN olan müqavilə imzalayıb. 

Şirkətin qanuni təmsilçisi Raquf Məmtiyev keçmiş məmur olub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (ƏƏSMN DSMF) Bərdə şöbəsinin müdiri vəzifəsində işləyib. Raquf Məmtiyevin bu vəzifəyə təyin olunmasında ƏƏSMN-nin keçmiş rəhbəri Səlim Müslümovun rolu olduğu deyilir. Mediada da keçmiş şöbə müdiri sabiq nazirin yaxın adamı kimi qələmə verilir. Sahil Babayevin Səlim Müslümovu əvəzləməsindən sonra Raquf Məmtiyevi tutduğu vəzifədən azad etməsi iddiaların əsassız olmadığına şübhələri artırır. 

Raquf Məmtiyev yüksək vəzifəli məmur olmasa da, vaxtaşırı medianın diqqətinə gəlib. Onun rüşvət və korrupsiya əməliyyatlarında iştirakı barədə mətbuatda çoxsaylı materiallar dərc edilib. 

Böyük ehtimalla "Təmir-İnşaat”ın milyonluq tenderlərdə qalib olması Raquf Məmtiyevin məmur karyerası ilə bağlıdır. Yəni, o əlaqələrindən istifadə edərək dövlət satınalmalarında pay sahibi ola bilib. Bəzi iddialara görə, şirkət Səlim Müslümova məxsusdur. Raquf Məmtiyev isə sadəcə icraçıdır.



Xəbərin oxunma sayı : 736




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap