“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Separatçılar Volkovla görüşdülər - Qanunsuz istismarı davam etdirəcəklərini bildiriblər

Tarix 09.12.22, 17:06

Font ölçüsü : - / +
bitmap-img6


Qarabağdakı erməni separatçılarının bir qrup (5 nəfər) nümayəndəsi Rusiya sülhməramlılarının komandanı, general-mayor Andrey Volkovla görüşüb.

Modern.az xəbər verir ki, erməni mənbələrinin bildirdiyinə görə, görüşdə Azərbaycan tərəfinin “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına edilən etirazı müzakirə olunub.

Erməni separatçılarının Volkovla görüşən nümayəndəsi Artur Arutyunyan bildirib ki, onlar adıçəkilən mədənlərin qanunsuz istismarını dayandırmaq niyyətində deyillər.

Onun sözlərinə görə, “Dəmirli” mis-molibden yatağı “Beys Metals” şirkətinin idarəetməsinə verilib və hazırda orada iş gedir.

Artur Arutyunyanın sözlərinə görə, Volkovla görüşdə “Laçın dəhlizi”ndəki postda gömrük avadanlığının quraşdırlması məsələsi də müzakirə olunub: “Bizə məlumat verildi ki, Rusiya sülhməramlılarının buraxılış məntəqəsində daşınan yüklərin arasında silah-sursatın və digər bu kimi vasitələrin olub-olmamasının yoxlanılması məqsədilə skaner avadanlığının quraşdırılması üçün Azərbaycandan təklif daxil olub. Biz bu cihazın quraşdırılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”.

Separatçıların nümayəndəsi deyib ki, özünümüdafiə üçün müvafiq vasitələr əldə etməkdən vaz keçməyəcəklər: “Biz əlimizdən gələni edəcəyik ki, “Laçın dəhlizi”ndə rentgen-skaner avadanlığı quraşdırılmasın”.

Onun sözlərinə görə, Azərbaycan tərəfi dəhlizi adi yola çevirməyə çalışır ki, bu da separatçılar üçün qəbuledilməzdir.



Xəbərin oxunma sayı : 781




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap