Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Serbiyanın Madriddəki səfirinə hücum - Təpiklə vurub qaçdı

Tarix 10.09.24, 10:26

Font ölçüsü : - / +
bitmap-img6


İspaniyanın paytaxtı Madriddə naməlum şəxs küçədə serb dilində telefonla danışan Serbiya səfiri İrina Şaratsa hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Şahidlərin sözlərinə görə, kişi Şaratsa yaxınlaşıb və ondan Serbiyadan olub-olmadığını soruşub, daha sonra onu arxadan təpiklə vurub və hadisə yerindən qaçıb.

Kişinin danışığına əsasən, onun alban mənşəli olduğu deyilir. Məlumata görə, hücumdan sonra səfirin vəziyyəti yaxşıdır.

Serbiyanın xarici işlər naziri Marko Curiç yerli mətbuata açıqlamasında hadisəni pisləyib.

“Madridin mərkəzində səfir Şaratsa qarşı fiziki hücumu qətiyyətlə pisləyirəm. Biz bütün hakimiyyət orqanlarından bu biabırçı hadisənin və ölkəmizin ali diplomatik nümayəndəsinə qarşı zorakılıq aktının tam araşdırılmasını və günahkarın məsuliyyətə cəlb olunmasını tələb edirik”, - deyə o bildirib.



Xəbərin oxunma sayı : 1021




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap