| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Siyasi maxinator yaxud yalanları ilə özünü “dəfn” edən Əli Kərimli
Tarix 06.09.19, 20:12 |
|
Azərbaycanda sosial şəbəkələr ictimai münasibətlərin, insanlararası ünsiyyətin tənzimlənməsində oynadığı rol qədər siyasi mühitə də öz təsirini göstərməkdədir.
Bəzi hallarda insanlar sosial şəbəkələr üzərindən əldə olunan informasiyaları yoxlamadan qəbul edir, ona inanırlar. Məhz bu səbəbdən də sosial şəbəkələrdə yalan, şər, böhtan üzərindən təbliğat qurub siyasi və digər xarakterli maraqlarını təmin etməyə çalışanlar da var. Onlardan birincisi elə AXCP sədri Əli Kərimlidir.
Doğrudur, Əli Kərimli formal olaraq AXCP sədri olsa da, onu bu gün daha çox bloqqer kimi tanıyırlar. Canbir qəlbdə olduğu “Osmanqızı” və “Azərbaycan saatı” kanallarından başqa çox nadir hallarda digər “Youtube” tv-lərə müsahibə verən Əli Kərimlinin əsas niyyəti yalnız və yalnız ictimai rəyi çaşdırmaq, siyasi dividend əldə etmək və əlbəttə ki, qrant təşkilatlarının diqqətini çəkməkdir. Ə.Kərimli bu günlərdə “Azərbaycan saatı” “Youtube” kanalının canlı yayımında yenidən həyatının ən böyük yalanını danışdı. Kərimlinin guya ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra 7 rayon işğal olunub fikri onu nəinki ifşa, hətta “dəfn” etdi, deyərdim. Çünki çox da uzaq olmayan bir tarixi bu dərəcə həyasızlıqla saxtalaşdırmaq cəhdini həmin dövrün canlı şahidləri heç bir halda sakit qarşılaya bilməzlər. Necə ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “Facebook” səhifəsində paylaşdığı statusla Əli Kərimlini ifşa etdi.
Əli Həsənov məlum statusu ilə həmin dövrün reallıqlarına bir daha işıq salmaqla Kərimlinin yalan danışmaq və böhtan atmaq cəhdini növbəti dəfə yerindəcə iflasa uğratdı. Əli Həsənovun statusunda deyilir: “AXC-Müsavat hakimiyyəti ölkəni bərbad vəziyyətə salmışdı və bu, orduda daha acınacaqlı hal almışdı. Ordunun maddi-texniki təminatı, hərbi arsenalı yox idi, ordunun döyüş ruhunu saxlamaq üçün arxa cəbhədə milli birlik də təmin edilməmişdi. Ön cəbhədə döyüşlərin getdiyi vaxt arxa cəbhədə vəzifə davası aparılır, siyasi qruplaşmalar arasında açıq silahlı mübarizə gedirdi. Silahlı qüvvələr daxilindəki müxtəlif birləşmələr də ayrı-ayrı siyasi və maraq qruplarının tabeliyində idi. Paytaxtda vəzifə davasına çıxan siyasi qruplar daha çox pay qoparmaq üçün həmin silahlı birləşmələri cəbhə xəttindən geri çəkərək Bakıya gətirir, siyasi mübarizədə, vəzifə bölgüsündə təzyiq aləti kimi istifadə edirdilər.
Cəbhədə döyüşlərin getdiyi ərəfədə Surət Hüseynovun, İsgəndər Həmidovun, Rəhim Qazıyevin, Rövşən Cavadovun və digərlərinin silahlı dəstələrinin Bakı küçələrində avtomatlarla gəzdiyini, insanlara divan tutduğunu, vəzifə bölgüsündə daha çox pay qoparmaq üçün paytaxtı hərbi poliqona çevirdiklərini xalq unutmayıb.
Silahlı birləşmələr Bakıda vəzifə davasında iştirak etdiyi vaxt isə cəbhə müdafiəsiz qalmışdı. Nəticədə erməni işğalçıları Dağlıq Qarabağla birgə ətraf yeddi rayonu da zəbt etməyə nail oldular. Tarixi saxtalaşdırmağa çalışanlar cavab versinlər: Belə bir vəziyyətdə Heydər Əliyev hansı ordu, hansı güc strukturu və hansı səlahiyyətlə ərazi itkilərinin qarşısını ala bilərdi?
Parlamentin sədri kimi heç bir güc strukturuna çıxışı olmayan və bu səbəbdən işğalın qarşısını ala bilməyən Heydər Əliyev Azərbaycanı etnik və regional zəmində parçalanma təhlükəsindən, vətəndaş müharibəsi və xaosdan xilas edə bildi.
Bakıya qayıtdıqdan sonra cəmi 6 ay ərzində Heydər Əliyevin Azərbaycanın xilası üçün nələr etdiyini xalqımız unutmayıb”.
Əli Kərimli, göründüyü kimi, bu statusda sənin və sənin kimi düşünən əqidədaşlarının əsl siması (daha doğrusu, simasızlığı) tam çılpaqlığı ilə ortaya qoyulub. Əslində, bütün bunları bilə-bilə sən yenə də yalan danışır, böhtan tirajlayırsan. Sənin oxuduğun moizələrə qulaq asan və 1992-1993-cü illərdən bixəbər olan insanlara elə gələ bilər ki, həmin dövr ölkəmizdə ən uğurlu və xoşbəxt illər olub. Guya ölkədə bütün sahələrdə inkişaf, güclü iqtisadiyyat, yüksək rifah və s. təmin olunubmuş. Lakin sual olunur ki, əgər belə idisə, niyə AXC hakimiyyəti cəmi 1 il davam gətirə bildi? Niyə Qarabağ ermənilərdən təmizlənmədi, siyasi-iqtisadi islahatlar aparılmadı, ölkədə vətəndaş müharibəsi və separatizm meyilləri baş qaldırdı? Sizin hakimiyyətiniz dövründə xalqa xilaskar kimi təqdim edib “milli qəhrəman” adı verdiyiniz Surət Hüseynov kimi bir avantüristin rəhbərlik etdiyi silahlı dəstələrin Qarabağ, Gəncəbasar zonaları da daxil olmaqla ölkənin böyük bir hissəsində, necə deyərlər, “at oynatmasına”, cənub bölgəsində sizlərin qoynunuzda bəsləyib, yetişdirdiyiniz separatçı Əlikram Hümbətovun qondarma “Talış-Muğam respublikası” elan etməsinə, şimalda siyasi qruplaşmaların ölkəni parçalamaq cəhdlərinə rəvac verməklə respublikada faktiki olaraq vətəndaş müharibəsini alovlandırdığınızı nə tez unutdun?! Bax, ölkəni bu labirintdən bu gün sənin məsuliyyət hissini, vicdanını itirərək alçaqcasına “7 rayonu düşmənə təhvil verməkdə” ittiham etdiyin ulu öndər Heydər Əliyev xilas etdi! Ümummilli Lider təkcə Azərbaycanı məhv olmaqdan xilas etmədi, həm də respublikanı bu vəziyyətə saldığınıza görə xalqın qəzəbindən qorxub küncdə-bucaqda gizlənmiş sizlərin xilaskarınız oldu! Sənin timsalında bu gün özünü cəmiyyətə siyasətçi kimi sırımağa çalışan bir avantüristin yaxın tariximizdə baş vermis bu olayları unudub Azərbaycan xalqının xilaskarının ünvanına hədyanlar söyləməsi ən azı vicdansızlıq və riyakarlıqdır!
İndi isə sənin başdan-ayağa yalan və faktların təhrif olunması üzərində qurulan moizəndən fərqli olaraq birillik hakimiyyətiniz dövründə ölkənin real məınzərəsini bir daha sənə xatırlastmaq istəyirəm. Əslində isə həmin 1 il ərzində AXC-Müsavat cütlüyünün ölkəni hansı vəziyyətə saldığı hər kəsə məlumdur. Heç kəsə sirr deyil ki, Sovet İttifaqının süqutundan başlayaraq Azərbaycanda tüğyan edən hərc-mərclik ərazilərimizin bir hissəsini erməni işğalı ilə üz-üzə qoymuş, digər hissəsində isə bu işğal yerli məmur özbaşınalığı ilə əvəzləmişdi ki, nəticədə xaos, anarxiya yaranmış, ölkə hərtərəfli böhrana qərq olmuşdu. Bu zaman hakimiyyəti əldə saxlamaq, eyni zamanda, Azərbaycana rəhbərlik etmək uğrunda mübarizə aparan diletant siyasətçilər ölkəni düşmənə peşkəş etməyə hazır olmaqla kifayətlənmir, əllərində olan bütün imkanlardan, o cümlədən qanunsuz silahlı birləşmələrdən maksimum səviyyədə yararlanmaqla dövlət mülkiyyətini talayırdılar. Bu cür dağıdıcı siyasət AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə daha da dərinləşmiş, Azərbaycan iqtisadiyyatı defolt həddinə çatmışdı.
Belə ki, 1991-ci ildən başlayaraq ölkə iqtisadiyyatında ümumi daxili məhsul istehsalı hər il orta hesabla 16,5 faiz azalmış, istehsal potensialının 2/3 hissəsi sıradan çıxmışdı. Ümumi xarakterizə etsək, bu dövrdə ölkə iqtisadiyyatının həcmi 1989-cu ilin müvafiq göstəricisinin 20 faizini təşkil edirdi. 1992-ci ildə inflyasiya səviyyəsi əvvəlki ilə nisbətən 4,9 dəfə artaraq 1012,3 faiz təşkil etmişdi ki, nəticədə sonrakı illərdə bu rəqəm özünün ən yüksək həddinə - 1763,5 faizə çatmışdı. Bu dövrdə ölkə iqtisadiyyatına demək olar ki, xarici sərmayə qoyulmamışdı. Məhz bu səbəblərə görə işsizliyin səviyyəsi xeyli artmışdı. 1991-ci ildən başlayaraq 4 il ərzində əməkhaqqı 5,7 dəfə azalmışdı.
Həmin dövrdə nə ordudan, nə də hərbi uğurlardan danışmaq mümkün deyildi. Ölkədə ordu əvəzinə çoxsaylı silahlı qruplaşmalar mövcud idi. Özünü lider hesab edən hər kəs bir batalyon saxlayırdı. Cəbhədəki uğursuzluqlar da öz yerində. Həmin dövrdə orduda vahid komandanlıqdan, silahlı qruplar arasında rabitədən isə söhbət belə gedə bilməzdi. Bunun da nəticəsi olaraq erməni hərbi birləşmələrinin torpaqlarımızı işğalının qarşısını almaq mümkün olmurdu. Dağlıq Qarabağla yanaşı, Kəlbəcər kimi strateji əhəmiyyətli rayon AXC-Müsavat hakimiyyətinin məsuliyyətsizliyi və günahı ucbatından əldən verildi. Cəbhədə, orduda olan belə bir acınacaqlı şəraiti aradan qaldırmaq, ölkəni düşdüyü acınacaqlı situasiyadan çıxarmaq əvəzinə paytaxtda hakimiyyətdaxili mübarizə günü-gündən qızışırdı. Bu mübarizəyə cəbhədə dislokasiya olunmuş silahlı birləşmələrin cəlb edilməsi isə işğalçı ordunun əl-qolunu açırdı. Nəticədə AXC hakimiyyətinin hərbi sahədəki «nailiyyətləri» ona gətirib çıxardı ki, ermənilər torpaqlarımızın 20 faizini işğal etdilər.
Hakimiyyətdə olan qüvvənin apardığı siyasət nəticəsində ölkə iqtisadiyyatı çökdürülür, büdcə talanırdı. Bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da korrupsiya və rüşvətxorluq baş alıb gedirdi. Milyonlarla manat vəsaitin toplandığı Ləl-Cəvahirat Fondunun vəsaitləri belə mənimsənilmişdi. İş o yerə çatmışdı ki, Əbülfəz Elçibəy öz məmurlarına üzünü tutub «Rüşvəti alanda elə edin ki, kommunistlərin atasına rəhmət oxutdurmayın» demişdi.
Ölkənin siyasi sistemində də vəziyyət acınacaqlı idi. AXC-Müsavat cütlüyü hakimiyyəti demokratik şüarlarla hakimiyyətə gəlsə də, tezliklə avtoritar xarakterini ortaya qoydu. Müxalif sözə, tənqidə dözümsüzlük nümayiş etdirdi. Ölkədə azad sözün, pluralism, mətbuatın boğulmasına başlandı. Həmin dövrdə jurnalistlərin yüksək vəzifəli məmurlar tərəfindən döyülməsi, onların həbs edilməsi, müxalifət nümayəndələrinin işinə maneçilik törədilməsi, onların təhqirə məruz qalmaları, qərargahlarının dağıdılması adi hala çevrilmişdi. Söz, mətbuat azadlığının boğulması müstəqil qəzetlərə və jurnalistlərə edilən təzyiqlərdə özünü göstərirdi.
Bir sözlə, birillik hakimiyyəti dövründə AXC-Müsavat cütlüyü heç bir ciddi nailiyyəti ilə yadda qalmamış, əksinə, ölkədə bütün sferalarda geriləmə, tənəzzül prosesləri güclənmişdi.
Bütün bunlar da Ə.Kərimli üçün daha bir tarix dərsi olsun. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun sözləri ilə desək, “Əli Kərimli, tarix məhz onu saxtalaşdırmaq istədiyiniz üçün sizlərə əsl yerinizi göstərdi. Siyasi bioqrafiyanız çoxdan bitib, siz indi adi bloqqer kimi maraq doğurursunuz...”
Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin baş redaktoru
Xəbərin oxunma sayı : 238
Siyasət
Xəbərlər
-
Nazirlik 16 tender keçirib - Hamısında onun şirkətləri qalib gəlib
-
Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - Fotolar
-
Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI
-
Milyarderlər Britaniyanı tərk edir - 160 milyard dollarlıq aktiv çıxarıldı
-
Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?
-
Yeni ildən pensiyalar necə hesablanacaq? - İqtisadçı AÇIQLADI
-
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: “Bunu ona yaraşdırmadım“
-
Bir milyardlıq müflisləşmə - Vətəndaşların 400 milyon manatı necə batdı?
-
Husilər “Əş-Şəbab”la İsrailə qarşı ittifaq qurmağa çalışır - “Financial Times”
-
Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama
-
Prezident Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
-
Bu sənəd artıq kağızla verilməyəcək - YENİLİK
-
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar
-
İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul etdi - FOTOLAR
-
Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - “Boz kardinal” nə deyəcək?
-
Rusiya bütün Donbası ələ keçirənədək dayanmayacaq - Peskov
-
Məktəblərin maliyyələşməsi dəyişir: 100 təhsil müəssisəsində yeni sistem
-
Prezident dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR
-
“Alim Qasımov toyumda oxumaq üçün 15000 istədi“ - Pünhan Piriyev
-
Yəməndə qızğın döyüşlər gedir - 1700-dən çox husi döyüşçüsü öldürülüb
-
Böyük Britaniya Çin avtomobillərinə rüsum tətbiq etməyə hazırlaşır - “The Times“
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
Vaşinqton və Minsk yaxınlaşır - 30 min tonluq yük yola düşdü
-
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
-
İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır - Başçının adamına dur deyən yoxdu
-
Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Neftin qiyməti 100 dollardan aşağı düşmür: Bloomberg 5 səbəb açıqlayıb
-
Adnan Əhmədzadənin “Grand-Mart“ında böhran? - Vergi borcu 1.2 milyonu ötdü
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Zəfərin ilk müjdəçisi - Cəbrayıl
-
Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsində qazanılan ilk döyüş uğurları idi
-
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
-
Şakiranın konsertinə Dua Lipa gələrsə - VİDEO
-
Tramp aralıq seçkilərlə bağlı iddialı danışıb: “Böyük sürpriz olacaq”
-
Gələn ildən artırılacağı gözlənilən minimum əməkhaqqı kimlərə şamil olunacaq? - VİDEO
-
Həyat yoldaşını qətlə yetirən şəxs Vətən müharibəsi qazisi imiş - ŞOK DETALLAR
-
Azərbaycan vətəndaşlarına Rusiyada döyüşmək üçün şirnikləşdirici pullar təklif edirlər - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - VİDEO
-
Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu? - İLGİNC
-
Pensiyalar nə qədər artacaq? - Yeni məbləğ açıqlandı
-
Zidan Ronaldu barədə: “Onun sayəsində inanılmaz kuboklar qazandım“
-
“Bu mənasız müharibəni dayandırın” - Merts Kiyevdən Putinə çağırış etdi
-
Tramp Super İntellekt Qüvvəsi yaratdı - 120 gün vaxt verdi
-
Paşinyanla “Mossad“ı nə birləşdir - ABŞ nəşrindən şok iddialar
-
Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO
-
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
-
“Tramp Marşrutu” bizim marşrutumuzun rəqibi deyil” - Kobaxidze
-
Britaniya hökuməti geri addım atıb - “Andlılar məhkəməsi” qalacaq
-
İran XİN-dən diplomatların ABŞ-dan qovulmasına münasibət: “Cəfəngiyyat və yalandır“
-
“Azərbaycana hücum ailəyə edilən hücumdur” - Hulusi Kılıç
-
Betonun üstündə yaşıllıq axtarışı: Bakını yaşıl şəhərə çevirmək mümkün olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Montellanın taleyi bəlli olur: Türkiyə millisindən ayrılsa, nə qədər təzminat alacaq?
-
Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - Maraqlı görüntülər
-
Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməlidir?
-
İran ABŞ-ın iqtisadi təzyiqlərinə qarşı tədbirlər görüb - Pezeşkian
-
Bakıda yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Məkkə Müdafiə Alyansı genişlənir: 6-dan çox ölkə yeni hərbi pakta qoşulmaq istəyir
-
Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır
-
Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq?
-
Bakıda daha bir dəbdəbəli toy - Kutsi də gəldi (VİDEO)
-
Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama
-
ABŞ İran müharibəsindən dərs çıxarmalıdır - Medvedev
-
Ölkənin avtobus parkı “qocalır“ – 61 faizinin yaşı...
-
Kiyevdə daha bir körpü hədəfə alındı - Nəqliyyat dayandırıldı
-
Müharibə yaxınlaşır: Baltikyanı ölkələr müdafiəyə ciddi hazırlaşır
-
Bakıda fərdi ev uçdu - Ölən və yaralanan var - Video
-
“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” - Video
-
Abşeronda yaşayış binasında partlayış: Xəsarət alan var
-
Bu ərazilərdə temperatur -5 dərəcəyədək enib - Fotolar
-
2030-a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? - HƏDƏFLƏR
-
Nazir 400-ə yaxın müəllimi təltif etdi – SİYAHI
-
Paytaxtın ən ucuz mənzilləri - 30 min manatdan başlayır
-
Azərbaycanla delimitasiya prosesi dostluq ruhunda davam etdiriləcək - Kobaxidze
-
Nüvə güclərinin liderləri ilə yaxşı münasibətlər vacibdir - Tramp
-
Cəbrayıl şəhərin erməni işğalçılarından təmizlənməsindən 6 il ötür
-
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir?
-
Məşhur şirkətlərin rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
-
İran yenidən bombalanacaq - Tehran böyük hücuma hazırlaşır
-
6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Britaniyalıların 49%-i Aİ-yə qayıtmaq istəyir - “The Guardian”
-
Kərəm Həsənovun əmisi oğlu Cəlilabadda 1300 ha torpağı necə ələ keçirib? - VİDEO
-
Arvadı evdən çölə buraxmayan kişilər cərimələnə bilər - 300-500 manat
-
Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?
-
Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır?
-
Aqil Ələsgər Tokayev adına orden ilə təltif edilib - FOTO
-
Marketdən 1400 manat dəyərində lotereya biletləri oğurlandı - Saxlanılan var
-
Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu “tapdı“: “Ermənistan vətəndaşı Tanrıya inanmalıdır“
-
Güclü yağışlar Zaqatalada fəsadlar törətdi: Körpü dağıldı - FOTO
-
Səudiyyə Ərəbistanı Avropadan husilərlə müharibəyə qoşulmağı xahiş edir - “Bild“
-
Maşınla piyadanı vurub qaçdı, “əcəb etmişəm” dedi - Şəhid atası həbs olundu
-
DİN narkotiklə bağlı əməliyyat keçirdi - Saxlanılanlardan biri İran vətəndaşıdır + Video
-
Vətəndaşın evini sökən “Gold Məkan” şefi həbs olundu - Həm qanunsuz söküb, həm də...
-
Nərimanovda silsilə oğurluqlar - 4 nəfər saxlanıldı
-
Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı
-
Azərlotereya”nın “Kosmos” uduşu - Bəs vətəndaş yerdə nə udur?
-
Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - 15 oktyabrdan
-
Yerli dərman istehsalı artır: Apteklərdə xarici məhsulları əvəz edə biləcək?
-
Avropanı çətin payız-qış mövsümü gözləyir - “Qazprom”
-
Bayramovla Əraqçi telefonda danışdı - Nələr müzakirə olunub?
-
Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?
-
Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
-
Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO
-
Problemli kreditlərin artması bank müştərilərinə necə təsir edəcək? - VİDEO
-
Ağ Evin aparıcı şəxsləri İranla bağlı gizli görüş keçiriblər - “Axios“
-
6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar - VİDEO
-
Milli komandaların ən çox maaş alan 10 baş məşqçisi bəlli oldu - SİYAHI
-
“Artıq altı ildir ki, kirayədə yaşayıram” - Şəhid xanımına ev nə vaxt veriləcək?
-
Sabirabadda canavar təhükəsi - Xeyli heyvan tələf oldu (VİDEO)
-
Bakıda 870 min manatlıq avtomobil satışa çıxarıldı - FOTOLAR
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - FOTO
-
Qafar Dəmirçi “Ferrum Kapital”ın sədrliyindən getdi - 13 işçi işdən çıxarıldı
-
“Almaniyanın ən mühüm tərəfdaşı olaraq...“ - İlham Əliyev almaniyalı həmkarına yazdı
-
Marketlərdə toyuq filesi qıtlığı yaranıb - Qiymətlər artıb (VİDEO)
-
Qusara və Şahdağa qar yağır - FAKTİKİ HAVA
-
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi - FOTOLAR
-
Anar Bayramov əmr imzaladı - İlkin Namazov vəzifəsindən azad edildi
-
Elçin Əmirbəyov İsveçrə rəsmiləri ilə görüşlər keçirib - Nələr müzakirə olunub?
TOP 10
ARXİV






