Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Sumqayıtda xəstəxana niyə boşaldılır? - AÇIQLAMA

Tarix 29.04.26, 15:27

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yerləşən 3 nömrəli Şəhər Xəstəxanası boşaldılır.

Bu barədə Trend-ə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

Onun sözlərinə görə, xəstəxananın boşaldılmasının səbəbi binanın qəzalı vəziyyətdə olmasıdır:

"Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 1916-cı ildə inşa olunmuş tarixi tikilinin bir sıra konstruktiv elementlərində uzunmüddətli istismar nəticəsində aşınma halları müşahidə olunub. Bu səbəbdən də qəzalı vəziyyətə düşən binada fəaliyyət göstərən 3 nömrəli Şəhər Xəstəxanasının mərhələli şəkildə köçürülməsinə başlanılıb.

Vətəndaşların ilkin tibbi xidmətə olan ehtiyacının operativ və əlçatan şəkildə qarşılanmasını təmin etmək məqsədilə xəstəxananın həyətində yerləşən ayrıca binada fəaliyyət göstərən Poliklinika şöbəsi və laborator xidmətlər isə əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

Görülən tədbirlər səhiyyə infrastrukturunun yenilənməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədinə xidmət edir", - deyə Elnur Hidayətoğlu qeyd edib.



Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap