Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Surqutda Rüzgar Əliyevi kürd İmran güllələyib

Tarix 03.02.17, 5:16

Font ölçüsü : - / +
bitmap-img6


İki gün əvvəl, yanvarın 31-də Rusiyanın Xantı-Mansiyks muxtar vilayətinin Surqut şəhərində azərbaycanlı biznesmenin, yaxud digər məlumatlara görə kriminal elementin başından güllələnərək öldürülməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu hadisə “azərbaycanlı” və “kürd” kriminal qruplaşmalar arasında qarşıdurma zəminində baş verib.



Xəbər verildiyi kimi həmin hadisə Surqutdakı “Rus” kafesində baş verib. Rusiya vətəndaşlığı daşıyan azərbaycanlı başından aldığı güllə yarasından ölüb. Onun qatili silahı ilə birlikdə hadisə yerindən qaçaraq gizlənib. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildiriblər ki, qətlin motivi Surqut bazarlarında “nüfuz bölgüsü” uğrunda mübarizədir. Bu mübarizə neçə vaxtdır ki, kürd və azərbaycanlı kriminal qruplaşmalar arasında gedirdi.

Güllələnən şəxs 44 yaşlı Rüzgar Əliyevdir. Hüquq-mühafizə orqanlarındakı mənbələr deyiblər ki, qətldən az əvvəl bir qrup azərbaycanlı İmran adlı kürdü bərk döyüblər. Kürd İmran bu cür təhqir olunmasını həzm etməyərək onu incidənləri “Rus” kafesinə söhbətə çağırıb. Söhbət mübahisəyə çevrilib və İmran tapançadan Rüzgar Əliyevin başından atəş açaraq hadisə yerindən qaçıb.



Öldürülən R.Əliyevə gəldikdə o, 2000-ci illərin əvvəllərində Rusiya pasportu alıb. Bundan əvvəl qanunsuz silah gəzdirməyə görə həbs edilib. Həbs edilərkən Əliyev onu tutmağa gələn OMON-çulardan birini maşınla vurub. Buna baxmayaraq tezliklə onu həbsdən azad ediblər. Əliyevin Surqut şəhər daxili işlər idarəsinin əməliyyat müvəkkili, mayor Rövşən Çıraqovun sayəsində azadlığa buraxıldığı bildirilir.





Xəbərin oxunma sayı : 187




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap