Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Təmkin Xəlilzadənin ölkədən çıxışına məhdudiyyət qoyula bilər - MƏHKƏMƏ

Tarix 30.11.23, 19:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın minifutbol yığmasının üzvü Təmkin Xəlilzadənin ölkədən çıxışına məhdudiyyət qoyula bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məhkəməyə müraciət daxil olub.

Belə ki, Dövlət Vergi Xidməti futbolçunun vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

Belə ki, futbolçunun hazırda 3030,21 manat vergi borcu yığılıb.

Məhkəmə işinə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, futbolçunun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, 30 yaşlı T.Xəlilzadə Milli komandanın üzvü olub. Ümumilikdə millidə 17 matça çıxıb və 3 qol vurub. 2022-ci ildə "Sabah" ilə müqaviləsi başa çatan T.Xəlilzadə 1 il klubsuz qaldıqdan sonra 2023-cü ildə II Liqa təmsilçisi "Füzuli" klubu ilə anlaşıb.



Xəbərin oxunma sayı : 847




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap