Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Tramp impiçment dinləməsinə getməyəcək – Ağ ev

Tarix 02.12.19, 17:53

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp və vəkilləri bu həftə Nümayəndələr Palatasında keçiriləcək impiçment dinləməsinə getməyəcək.

Bunu Ağ ev bildirib.

Dekabrın 1-də Palatanın Ədliyyə Komitəsinə məktubunda Ağ evin müşaviri Pat Cipollone araşdırma zamanı “gərəkən prosedur və fundamental ədalətin qətiyyən təmin olunmadığını” qeyd edir.

İmpiçment maddələrini hazırlamalı olan komitə dekabrın 4-dən ictimai dinləmələrə start verir.

Palatanın üç komitəsi Trampın ukraynalı həmkarı Vladimir Zelenski ilə iyulda baş tutmuş telefon söhbətini araşdırır. Həmin söhbət zamanı Tramp həmkarından xahiş edib ki, gələn ilin prezident seçkisində demokratlardan potensial rəqibi Co Bayden və oğlu Hunter barəsində araşdırma aparılsın. Hunter Ukraynada enerji şirkəti üçün işləyib.

İmpiçment araşdırması Trampın həmin xahişlə səlahiyyətini aşıb-aşmadığını tədqiq edir.

Hazırlaşmağa “vaxt verilməyib”

Tramp araşdırmanı “əcinnə ovu” adlandırır.

Cipollone məktubunda yazır ki, Ağ ev 4 dekabr dinləməsinə dəvət alsa da, hazırlaşmağa kifayət qədər vaxt, həmçinin şahidlər barədə informasiya verilməyib.

Ağ ev ikinci dinləməyə dəvəti ayrıca – dekabrın 6-dək cavablandıracaq, o yazır. Həmin dinləmənin vaxtı hələlik, bəlli deyil

Komitə sədri Cerrold Nadler ötən həftə Trampa yazır ki, prezident ya impiçment dinləməsində iştirak edə bilər, ya da “prosesdən şikayətlənməyi dayandırmalıdır”.

Palatanın 3 komitəsi impiçment məsələsini səsverməyə çıxarmaqla bağlı tövsiyəsini verməlidir. Palata bunu təsdiqləsə, Senatda impiçment həyata keçirilməlidir.

Senat Trampın Respublikaçı Partiyasının nəzarətindədir və prezidentin vəzifədən kənarlaşdırılmasından ötrü üçdə iki səs çoxluğu lazımdır. Bu səbəbdən onun təqsirli bilinəcəyi mümkün görünmür.

Palatanın kəşfiyyat komitəsində şahidlər qapalı ifadələr verəndən sonra iki həftə ərzində keçirilən ictimai dinləmələrə ötən həftə yekun vuruldu. (azadliq.org)



Xəbərin oxunma sayı : 712




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap