Müğənninin xanımı əsəbiləşdi “Adamın gülməyi gəlir” - Faiq Ağayev tənqid etdi Məşhur aparıcı komaya düşdü Natavan Həbibinin oğlan toyundan ilk fotolar
Axtar
 
  • / Maqazin / — 25 İyul 2017

    Müğənninin xanımı əsəbiləşdi

  • / Maqazin / — 23 İyul 2017

    “Adamın gülməyi gəlir” - Faiq Ağayev tənqid etdi

  • / Maqazin / — 21 İyul 2017

    Məşhur aparıcı komaya düşdü

  • / Maqazin / — 19 İyul 2017

    Natavan Həbibinin oğlan toyundan ilk fotolar

  • / Hadisə / — 16 İyul 2017

    Kərəm Həsənovun əmisi oğlu vətəndaşı qanına qəltan edib! – ŞİKAYƏT

  • / Maqazin / — 16 İyul 2017

    “Onları öz məkanımda səhnəyə çıxmağa qoymaram”

Trampın Cənubi Qafqaz siyasəti necə olacaq? –Təhlil

Tarix 23.11.16, 19:30

Font ölçüsü : - / +
bitmap-img6


Amerika maqnatı Donald Trampın prezident seçkilərində qələbəsi hamı üçün sürpriz oldu. Təcridçilik meyllərinə baxmayaraq yeni Amerika lideri beynəlxalq siyasətin bir sıra açar məsələləri ilə məşğul olmağa məcburdur. O cümlədən Cənubi Qafqazla.

Cənubi Qafqazın bütün siyasi və iqtisadi elitasının nəzərləri Hillari Klintona dikilmişdi. Onun siyasi proqramı gözlənilən idi. O, Rusiyanəın siyasi təsirinin qabağını almağa can atardı. O cümlədən Cənubi  Qafqazda. Klinton Ukrayna böhranının bitməsi və Bəşər Əsədə dəstəyə son qoymaq haqda razılığa gəlməyi qarşısına məqsəd qoymuşdu.

ABŞ-ın Cənubi Qafqaz ölkələri ilə münasibətləri

Ehtimal ki, bu, Cənubi Qafqazda, xüsusən də Gürcüstanda Amerika iştirakının güclənməsində təzahür edə bilərdi. ABŞ siyasi, iqtisadi və hərbi planda bu ölkəyə böyük ümidlər bəsləyirdi. Vaşinqton 2004-cü ildə Qərbyönlü prezident Mixail Saakaşvilini hakimiyyətə gətirmiş “qızılgül inqilabı”na dəstək verib. Bu dönüş Rusiya ilə 2008-ci ilin avqustunda Tiflisin məğlubiyyəti və Abxaziya ilə Cənubi Osetiyanın Moskva tərəfindən tanınması ilə başa çatmış müharibəyə səbəb olub. Bölgənin digər iki dövləti də Rusiya-ABŞ duelinə toxunur. Ermənistan Moskvanın bölgədə əsas müttəfiqidir. Azərbaycan isə daha müstəqil xarici siyasət yürüdür. Bakı Moskvadan fəal şəkildə silah alır, amma İrəvanın 2015-ci il yanvarın 2-də daxil olduğu Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmaqdan imtina edir. Azərbaycanın həmçinin təbii ehtiyatlar satdığım Avropa Birliyi ilə əhəmiyyətli maliyyə sazişləri var. Total, ENI və British Petrolum Azərbaycan neftini Türkiyə ərazisindən Avropaya çatdıran Bakı-Tiflis-Ceyhan boru kəmərinin əsas səhmdarları sırasına daxildir.

Burada Amerikanın üç şirkətinin – Chevron, ConocoPhillips və Amerada Hessin də payı var. Lakin Azərbaycanın Amerika ilə münasibətləri bəzən olduqca gərgin olur. Bakı vaşinqtonu daxili işlərə qarışmaq və Gürcüstan və Ukraynada olduğu kimi ölkəni rəngli inqilab vasitəsilə sabitsizləşdirməyə cəhd etməkdə ittiham edir. Ancaq hər iki ölkənin iqtisadi maraqları insan haqlarının müdafiəsindən yuxarıda durur. Bunun rəmzi Amerika və Azərbaycan lobbiləri ilə sıx əlaqələr saxlayan oliqarx Anar Məmmədovdur.

Təcridçilik hərəkatı

Bütün dünya seçkilərdə Hillari Klintonun, yəni siyasətdə daha çox intervensiyanın qalib gələcəyini gözləyirdi. Donald Tramp isə, hər şeydən göründüyü üzrə, ABŞ-dakı daxili vəziyyəti diqqət mərkəzinə qoymağa üstünlük verərək beynəlxalq siyasəti tutqun şəkildə təsəvvür edir. Məsələn, o bildirib ki, Bəşər Əsəd hakimiyyəti saxlamalıdır və polkovnik Qəddafiyə də toxunmağına dəyməzdi.

Yeni prezident Rusiya ilə razılaşma əldə etmək niyyətindədir, həmçinin NATO büdcəsi və rolunu yenidən nəzərdən keçirtmək istəyir. O, gözlənilməz adamdır və hər şeydən göründüyü kimi, “oyun qaqydaları”na əməl etmir. Bu isə Cənubi Qafqazın siyasin rəhbərliyi üçün qeyri-müəyyənlik amili olur. Cənubi Qafqazın üç ölkəsinin prezidentlərinin çaşqınlığını daha yaxşı anlamaqdan ötrü başlanğıc üçün onların  ABŞ-ın yeni prezidentinin adına göndərilmiş təbrik məktubları ilə tanış olmaq lazımdır. Məktublar Amerikaya münasibət üzrə prioritetlər haqda çox şeydən xəbər verə bilər.

Georgi Marqvelaşvili Gürcüstanı üçün başlıcası Rusiya ilə münasibətlərdə dəstək və ölkəsinin NATİO-ya qəbul edilməsidir. Bu, Amerikanın Gürcüstan siyasətini saxlamaq xahişini ifadə edir və Marqvelaşvili bu siyasətin dəyişməsindən yayınmaq istəyərdi.

Azərbaycan prezidenti İlham Əliyevin məktubunda vurğu ABŞ-ın Minsk Qrupundakı vasitəçilik roluna düşür. O, Amerikanın yeni liderinə ölkə ərazisinin 20%-nin erməni separatçılarının nəzarəti altında olduğunu xatırlatmaq fürsətini əldən buraxmayıb. Bakı ümid edir ki, Vaşinqton onun ərazi tələblərini dəstəkləyəcək.

Ermənistan prezidenti Serj Sərkisyanın məktubu daha dumanlıdır. O, yeni prezidentin “təcrübə”sini və iki ölkənin sıx münasibətlərini salamlayır. Ermənistan mövqeyinin özəlliyi  onun böyük və nüfuzlu diasporasından ibarətdir. O, iki dövlət arasında körpüdür və daha çox Hillari Klintonu dəstəkləyirdi. Lakin Ermənistan hökuməti Amerika-Rusiya münasibətlərinin yaxşılaşmasından yalnız uda bilər. ABŞ-dakı erməni diasporası istəyərdi ki, Klinton Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşmasına, xüsusən də Ankaranın erməni soyqırımını (mətndə bu cürdür-tərc.) tanıması məsələsi üzrə şərait yaratsın. Əsassız ümidlərdir, çünki Vaşinqton üçün ən başlıcası Türkiyə ilə yaxşı münasibətləri saxlamaqdır.

Tramp Qafqazı çox tanımır

Amerikanın Qafqaz siyasəti ən yaxın perspektivdə dəyişilməyəcək. Lakin bölgə Tramp üçün prioritetlər sırasına daxil deyil, bu da daha uzaq gələcəkdə ən müxtəlif ssenarilərə yol açır.

Tramp Qafqazı tanıyırmı? Bəli, bir az. O öz biznesində Gürcüstan və Azərbaycanda dəbdəbəli otellər inşası imkanını nəzərdən keçirib. Hər iki layihə heç nə verməyib, amma Tramp ailəsi bölgənin iqtisadi və strateji məsələləri ilə tanış ola bilib. Resursca yoxsul ölkə olan, iqtisadiyyatını hakim elitanın diddiyi Ermənistan nyu-yorklu maqnatda heç vaxtr xüsusi maraq doğurmayıb.

Hər şeyə əsasən, o siyasətçi kimi deyil, investor kimi mülahizə yürüdür. Bu onun milyarder statusu v ə biznesmen keçmişi ilə izah olunur, anmcaq prezidenti olduğu dünya dövlətinin geostrategiyasını gözlənilməz edir.

Maksans Smaniotyo

Le Journal International (Fransa), 22.11.2016

Strateq.az



Xəbərin oxunma sayı : 145

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda