![]() |
|














Vaqif Əliyevin ailə biznesi: Hindistanlı Hema, onlarla yeni şirkət, böyük işlər...
Tarix 19.08.19, 10:20 |
|
 (Copy)0.jpg)
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yüksək vəzifəli şəxslərinin tutduqları postun verdiyi imkanlardan sui-istifadə etməklə külli miqdarda gəlir əldə etmələrinə dair həm yerli, həm xarici mətbuatda onlarla yazı gedib. Bu yazılarda SOCAR vəzifəlilərinin xarici ölkələrdəki, eləcə də Azərbaycandakı biznesinə dair ciddi faktlar yer alır.
Haqqında yerli və xarici mətbuatda çoxsaylı materiallar yer alan SOCAR rəsmilərindən biri də şirkətin Sərmayələr İdarəsinin rəisi, “SOCAR Türkiyə” şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyevdir. Uzun illərdir bu iki vəzifəni icra edən V.Əliyevin yalnız tutduğu görəvlərə görə aldığı maaşla dolanmadığı üzə çıxmaqdadır.
V.Əliyevin SOCAR yetkilisi olaraq öz mövqeyindən ailə biznesini çiçəkləndirmək üçün necə istifadə etdiyinə dair faktlara keçməzdən öncə onun Türkiyədəki fəaliyyəti barədə qısa məlumat vermək yerinə düşər. Hansı ki, bu fəaliyyətin bir ucu gedib FETÖ-yə çıxır. 2016-cı ildə “SOCAR-Türkiyə”də FETÖ-nün necə kök saldığına dair Türkiyə mətbuatında gedən məlumatlardan aydın olur ki, qardaş ölkə hüquq-mühafizə orqanlarının araşdırmaları şirkətdə çox mühüm vəzifələr tutan şəxslərin Fətullah Gülənin adamı olduğunu üzə çıxarıb. Bunlar V.Əliyevin müavini Samir Kərimli, İctimaiyyətlə əlaqələr direktoru Ömər Adsız, baş hüquq müşaviri Fateh Yigit, insan resursları üzrə direktor İlqar Mehmetoğlu, nəhayət, maliyyə qrupunun rəhbəri Berkan Atəşdir. Sonuncunun – Berkan Atəşin bioqrafiyasına nəzər saldıqda, V.Əliyevin onu nə məqsədlə şirkətin maliyyə qrupunun başına gətirdiyi ciddi suallar yaradır. Məsələ burasındadır ki, B.Atəş birja fırıldaqçılığı sahəsində “ad-san” qazanmış şəxslərdən biri olub. O, “SOCAR Türkiyə”dəki mühüm vəizfəyə gələnədək bir neçə dəfə birja fırıldaqçılığı ittihamı ilə Türkiyə polisi tərəfindən saxlanıb, birja əməiyyatlarında iştirakı dəfələrlə qadağan olunub. Nəhayət, 2016- cı ildə Gülən təşkilatının üzvü olduğu iddiaları gündəmə gəlib, bundan sonra vəzifəsindən istefa verib.
Maraqlıdır ki, az qala bütün yaxın ətrafı FETÖ-çü olan V.Əliyevin barəsində Gülənlə əlaqələrinə dair Türkiyə mətbuatında çoxsaylı materiallar yer alsa da, özü prosesdən quru çıxa bilib. Onun 2016-cı ildə Azərbaycan mətbuatına verdiyi məlumatda SOCAR-a məxsus “Petkim Petrokimya Holding A.Ş.” baş direktoru Saadettin Korkut və müxtəlif departamentlərdə çalışan 27 nəfərin FETÖ bağlantılarına görə işdən azad olunduğu deyilir. V. Əliyev əlavə edib ki, “SOCAR Türkiyə” müxtəlif departamentlərdə çalışan 4 işçinin müqaviləsinə xitam verərək onlarla yollarını ayırıb: “SOCAR rəhbərliyi Türkiyənin bu çətin günlərdən güclənərək çıxacağına inanır. Biz bütün enerjimizlə Türkiyənin yanında olmaq üçün buradayıq və yatırımlarımıza da davam edəcəyimizi bildirmək istəyirik”.

FETÖ-dən qurtulan Vaqif Əliyev Azərbaycanda da istintaqdan yayına biləcəkmi?
Beləliklə, V.Əliyev nəinki istintaqdan kənarda qala bilib, həm də hər iki vəzifəsini qoruyub saxlamağı bacarıb. Hansı ki, bu vəzifələrdən ailə biznesinin çiçəklənməsi üçün gen-bol yararlanmaqdadır. V.Əliyevin oğluna, kürəkəninə, kürəkəninin qohumlarında, özünün baldızlarının övladlarına yaratdığı “şərait”lə bağlı AFN-də ötən günlərdə geniş məlumat dərc edilib. Onun baldızı oğlanlarından biri olan Nicat Qarayevin “Azfen” şirkətindəki maxinasiyaları, həmin maxinasiyalarda V.Əliyevin və oğlu Orxan Əliyevin, eyni zamanda V.Əliyevin digər qohumlarının iştirakına, eyni zamanda Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başladılan cinayət işi, N.Qarayevin həbsi və s. hallara dair məlumatlarla aşağıdakı linklərdən tanış ola bilərsiz:
Apardığımız kiçik bir araşdırma ilə bu V.Əliyevin ailə biznesinin SOCAR-dan əldə etdiklərinə dair təsəvvür yaratmağa çalışdıq. Məlum oldu ki, V.Əliyevin ailə biznesini oğlu Orxan Əliyev yürüdür. Yaşının az olmasına baxmayaraq, O.Əliyev hələ 2009-cu ilin dekabrında Böyük Britaniyada “Scanex Projected Limited” şirkətini qeydiyyata aldırıb. Şirkət ilk öncə 48 Queen Ine Street London W1G 9JJ ünvanında qeydiyyata alınıb. Bu ünvan O.Əliyevin Londonda qeydiyyatda olduğu ünvanla eynidir. 2017-ci ilin fevralında isə şirkətin hüquqi ünvanı 13 John Prince`s Street 2-ci mərtəbə London W1G 0JR-a dəyişilib. Şirkət barədə qeydiyyat reyestrində onun nəqliyyat və logistika sahəsində fəaliyyət göstərdiyi qeyd edilir.
2010-cu ilin oktyabrında Bakıda hüquqi şəxslərin dövlət reyestrində “Scanex Projected Limited” MMC və “Scanex Projected Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı qeydiyyata alınıb. Hər iki şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı 44 – “Kaspian Plaza” ilə eynidir. Hər iki şirkətin hüquqi təmsilçisi də eynidir - Orxan Əliyev.

Dövlət qurumlarının keçirdiyi tenderlərin reyestrində qeydiyyatdan keçən tenderlərin siyahısında bu şirkətlərin adına rast gəlinmir. Yəni Azərbaycanda hansı qurumlardan sifarişlər aldığı açıqlanmır. Şirkətin internet resursu da mövcud deyil. Amma Böyük Britaniyanın maliyyə reyestrində şirkətin son 5 illik maliyyə göstəricilərindən bir qismi açıqlanır. Həmin məlumatdan aydın olur ki, 2014-cü ildə şirkətin cəmi öhdəlikləri 3 milyon 172 min funtsterlinq, 2015-ci ildə 4 milyon 641 min funtsterlinq, 2016-cı ildə 6 milyon 150 min funtsterlinq, 2017-ci ildə 7 milyon 644 min funtstrelinq, 2018-ci ildə isə 9 milyon 160 min funtsterlinq təşkil edib. Bunun qarşılığında cari aktivlərinin dəyəri müvafiq olaraq 8 milyon 874 min, 10 milyon 902 min, 13 milyon 11 min, 15 milyon 111 min, 17 milyon 307 min funtsterlinq olub. Bu illərdə şirkətin xalis gəliri müvafiq olaraq 5 milyon 702 min, 6 milyon 261 min, 6 milyon 861 min, 7 milyon 467 min, 8 milyon 147 min funtsterlinq təşkil edib. Bu qədər gəlirin haradan əldə olunduğuna dair məlumatlar açıq deyil.
Hindistan əsilli Hema Noronha və Kənan Sadıqlını Əliyevlər ailəsi ilə nə bağlayır?
Hazırda şirkətin direktoru Hindistan əsilli Hema Noronha adlı xanımdır. O, “Scanex Projected Limited” şirkətinə 2016-cı ildən başçılıq edir. 2017-ci ildən isə şirkətin hüquqi qeydiyyat ünvanı indiki yerindədir. Maraqlıdır ki, bu ünvanda Hema Noronhanın iştirakı ilə yaradılmış, əksəriyyəti hazırda fəaliyyətini dayandırmış olan onlarla şirkət qeydiyyatdan keçib.
Digər maraqlı məqam budur ki, şirkətin Bakıda filialı 2010-cu ildən fəaliyyət göstərsə də, onunla bağlı hər hansı layihələrin icrasına dair açıq məlumatlar yox dərəcəsindədir. Sadəcə, iş elanlarıdır, vəssalam. Əvəzində isə “ScanEX Enterprises Limited” şirkətinə dair məhdud məlumatlara rast gəlinir. Qeydiyyat yeri, ölkəsinə dair açıq mənbələrdə heç bir məlumat olmayan bu şirkətin Bakıdakı fəaliyyəti 2009-cu ildən başlasa da, Azərbaycanda filialını 2016-cı ildə yaradıb. Filialın hüquqi təmsilçisi və direktoru V.Əliyevin qızının qaynı (yaxud da kürəkəninin yaxın dostu) olduğu deyilən Sadıqlı Kənan Soltan oğludur.
1976-cı il təvəllüdlü Hema Noronha hazırda fəaliyyətdə olan 77 şirkətdə bu və ya digər vəzifəni daşıyır. Böyük Britaniyanın rəsmi reyestrində verilən məlumata görə, Hema Noronha indiyə qədər 15 şirkətdən işdən ayrılıb, bağlanmış olan 60 şirkətdə vəzifə sahibi olub. Ən çox vəzifədə olduğu şirkət “Planet Continental Limited” şirkətidir – 3 il 10 ay 25 gün burada vəzifədə olub. Hazırda onun vəzifə daşıdığı şirkətlərin ümumi bank hesablarında olan vəsaitlərin həcmi 624,9 min funt sterlinqdir. Onların ümumi aktivlərinin cari dəyəri 19,6 milyon funt sterlinq, ümumi cari öhdəlikləri 5,7 milyon funt sterlinq, cari kapitalı isə 901,8 min funt sterlinqdir.
“Körpə” şirkətin böyük işləri…
“ScanEX Projects Limited” şirkətinin Linkedin şəbəkəsindəki səhifəsində verilən məlumatda şirkətin mənzil-qərargahının Londonda yerləşdiyi qeyd olunur. Əsas fəaliyyət sahəsi kimi avtomobil nəqliyyatı ilə yükdaşımaların təşkili, gömrük sənədləşmələri göstərilir: “Nəqliyyat xidmətləri sahəsində ən böyük şirkətlərdən biri olaraq pikapların, yük maşınlarının, avtobusların, ağır və tikinti texnikasının icarəsini, həmçinin avtomobillərin satışını təklif edirik”. Daha maraqlısı isə budur ki, şirkətin icraçı direktoru olaraq “ScanEX Enterprises Limited” şirkətinin direktoru olan Kənan Sadıqlı göstərilir. Baxmayaraq ki, “ScanEX Enterprises Limited” “Dəmirçi Tauerdə”, “ScanEX Projected Limited” isə “Kaspian Plaza”da hüquqi qeydiyyatdadır, hər iki şirkətin əlaqə telefonu da eynidir – 012 4047596.
Bu faktlar əslində hər iki şirkətin V.Əliyevin oğlu O.Əliyevin rəhbərliyi altında olduğunu göstərir.
Qeyd edək ki, “ScanEX Enterprises Limited”in də dövlət qurumlarının tenderlərində iştirakına dair hər hansı məlumat yoxdur. Amma şirkətin internet saytında verilən məlumatlardan aydın olur ki, SOCAR-ın iştirakı ilə Azərbaycanın neft-qaz sektorunda icra olunan çoxmilyardlı layihələrdə icraçı qismində iştirak edən əksər şirkətlərdən sifarişlər ala bilib.
Bu şirkətlər arasında “Worley-Parsons”, “Tecnicas Reunidas”, “Tekfen” kimi sırf xarici mənşəlilərlə yanaşı, SOCAR-a məxsus “BOS Shelf”, “SOCAR Cape”, “Azfen” BM, CPC, “Azərkimya” da var. Aydın məsələdir ki,V.Əliyevin dəstəyi olmasaydı, 2009-cu ildə yaradılan bir şirkət cəmi bir neçə aydan sonra dünya neft nəhənglərinin oynadığı meydançada “oynaya” bilməzdi.
Yeri gəlmişkən, yayılan məlumatlara görə, V.Əliyevin əldə edərək oğlunun adına İsveçrə banklarında saxladığı pullar da təhlükədədir. Belə ki, ötən il mətbuatda yayılan məlumata görə, O.Əliyevin İsveçrə banklarında olan 28 milyon dollarlıq hesabı dondurulub. V.Əliyev və oğlu bu məlumatı nə təkzib, nə də təsdiq ediblər.
Bu yazıda V.Əliyevin biznes imperiyasının kiçik bir qismi barədə məlumat verdik. Növbəti yazılarımızda isə daha geniş faktları açıqlamağa çalışacağıq…
Mənbə: AFN.az
Xəbərin oxunma sayı : 802
Gündəm
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV