Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Xınalıqdakı qəzalı evlərin hər birinin bərpası 150 min manata başa gələcək - 6,6 milyonluq MÜQAVİLƏ

Tarix 12.09.24, 17:24

Font ölçüsü : - / +
bitmap-img6


Quba rayonunda yerləşən "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda qəzalı evlərin bərpası üzrə işlər davam etdirilir. İqtisadiyyat.az xəbər verir ki, Dövlət Turizm Agentliyi bununla bağlı növbəti prosedura başlayıb.

Belə ki, qəzalı vəziyyətə düşmüş və bir neçə il əvvəl təmir və bərpasına başlanılmış ümumilikdə 44 ev üzrə əlavə işlər aparılacaq.

Agentlik qəzalı evlərin bərpası üzrə əlavə işləri növbəti dəfə “Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı Filialına həvalə edib. DTA bununla bağlı şirkətlə dəyəri 2 231 893,91 manat olan müqavilə bağlayıb.

Xatırladaq ki, indiyədək həmin evlərin təmir və bərpası işlərini elə “Maqro Construction” MMC-nin Azərbaycandakı Filialı həyata keçirib. Turizm Agentliyi 2022-ci ilin avqust ayında həmin evlərin təmiri və bərpası ilə bağlı qeyd olunan şirkətlə dəyəri 4 397 618,1 manat olan müqavilə bağlayıb. Beləliklə, indiyədək bağlanılmış müqaviləyə görə, bir evin təmiri və bərpası 150 min manatdan baha başa gələcək.



Xəbərin oxunma sayı : 832




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap