|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Xocalı soyqrımını tanıyan İslam Əməkdaşlıq Təşkilatı - Bakının etibar etdiyi müsəlman platforması
Tarix 25.02.19, 22:14 |
|
Azərbaycan xalqı öz tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqrımının anım gününü qeyd edir. XX əsrin sonlarında baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Serebnitsa, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Bu soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocadır. 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-sinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi indi də məlum deyil.
Xocalı soyqrımının dünyada tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Dövlətimiz Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
Bu siyasətin nəticələri də göz önündədir. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin 90-cı illərdə ümummilli lider, mərhum Heydər Əliyevin bu yöndə apardığı kursa söykənən siyasəti ölkənin ictmai təşkilatları üçün öz fəaliyyətini müəyyən etməyə imkan yaradıb. Hər bir qurum öz çapında bu qətliamın tanıdılması üçün gücünü ortaya qoyub. Bu sırada Heydər Əliyev Fondunun xidmətləri qeyd olunmalıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən "Xocalıya Ədalət” beynəlxalq kampaniyası soyqırımının tanıdılmasında xüsusi rol oynayıb. Əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınması olan bu kampaniya çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunub.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı diasporun əsas hədəflərindən biri yaşadıqları dövlətdə bu dəhşətli soyqırımı haqqında həqiqətləri yaymaqdır. Müxtəlif ölkələrdə vaxtaşırı keçirilən müxtəlif tədbirlər, toplantılar, xatirə günləri faciənin arxa plana keçməsinə imkan vermir. Dispor Komitəsinin Brüsseldə təşkil etdiyi Ümumavropa Qarabağ mitinqi də bu baxımdan dünyaya mühüm mesaj sayıla bilər.
Həm diplomatik, həm ictimai-siyasi cəbhədə aparılan məqsədəyönlü siyasət nəticəsində yalan üzərində qurulmuş erməni təbliğat maşını dağıdılır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan, parlament səviyyəsində isə Meksika, Kolumbiya, Çexiya, Bosniya və Hersoqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyıb. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır.
Qafqaz Müsəlmanları İdarəsi də digər təşkilatlar kimi prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasətin dünyada tanınması üçün öz səylərini ortaya qoyub. QMİ soyqrımı harayının dünyada eşidilməsi üçün əlində olan bütün mötəbər tribunalardan həmişə istifadə edib. 27 il əvvəl - faciə baş verən gündən dərhal sonra şeyxülislam dünyanın nufuzlu siyasətçilərinə və din xadimlərinə ünvanladığı bəyanatlarında onları soyqırımına düçar olmuş insanların faciəsinə biganə qalmamağa səsləmişdi. Qarabağ münaqişəsində dövlətimizin haqlı mövqeyinin müdafiə olunması, Xocalı soyqırmının tanıdılması QMİ-nin əsas prioritetlərindən olub.
QMİ həmçinin Xocalı ilə bağlı ölkəmizdə digər dini konfessiyaların vahid mövqeyini nümayiş etdirməklə dinindən və etiqadından asılı olmayaraq hamını bu antihumanist qırğına öz mövqeyini bildirməyə çağırır. Hər il Xocalı soyqırımının ildönümündə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakıdakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və insan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanlayırlar.
Müraciətdə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakini erməni işğalçılarının qəfil və amansız basqınına məruz qalıb. Din xadimləri bəyan edirlər ki, tarixi reallıq kimi Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş qətliamların bir rəmzidir.
Bu baxımdan Qarabağ probleminin, Xocalı soyqırımının dünya çapında təbliğində QMİ də digər təşkilatlar kimi dövlətin mühüm prioritetlərinin daşıyıcısı kimi çıxış edir. Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Xocalıda törədilənləri vəhşiliklərin kulminasiya nöqtəsi adlandıraraq, bu cinayəti edənlərin hələ də hüquqi cəzasını almadığını vurğulayıb.
"Həqiqət bundan ibarətdir ki, bütov bir şəhərin məhv edilməsi soyqırımı aktıdır. Növbəti dəfə beynəlxalq təşkilatlara müraciət edirik ki, bu soyqırımına biganə qalmasınlar, Qarabağ münaqişəsinin həllində bizə kömək etsinlər. Ən əsası isə haqqın tərəfində olsunlar”-deyən şeyxulislam və onun rəhbərlik etdiyi QMİ Azərbaycan Prezidentinin bu istiqmətdə yürütdüyü siyasətin müsəlman dünyasında dəstək qazanması üçün öz səylərini əsirgəməyib.
Artıq neçə illərdir ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbyacanın başına gətirlmiş bu qətliamın dünyada tanıdılmasında ölkəmiz üçün ciddi tərəfdaşdır. Xocalı soyqırımının müsəlman dövlətləri arasında tanınması ilə bağlı proses hələ 90-cı illərin lap əvvələrindən aparılıb. Allahşükür Paşazadənin 1992-ci ildə Xocalı qırğını ilə bağlı dünya dövlətlərinə etdiyi müraciətə ilk olaraq İƏT-dən cavab gəlmişdi. Həmin dövrdə təşkilatın tamhüquqlu üzvü olan Bakı müsəlman dövlətləri ilə münasibətlərdə onların ciddi dəstəyini əldə edirdi.
QMİ sədrinin bilavasitə təşəbbüsü sayəsində 1991-ci ildə SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq Azərbaycanın İslam Konfransı Təşkilatının (indiki adı İƏT – İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edilməsi qurumu sonradan müstəqil dövlətimiz üçün mühüm platformaya çevirdi. 90-cı illərin əvvələrində erməni təcavüzü ilə üz-üzə qalan Azərbaycan üçün o zaman İƏT-nın dəstəyi mühüm faktora çevrildi. Həmin dövrdə ölkəmizin mövqeyinin islam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. 90-cı illərdə erməni təcavüzünün genişləndiyi bir dönəmdə informasiya təbliğat imkanları zəif olan ölkəmizin öz haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında İƏT-in rolu əhəmiyyətli oldu.
Müsəlman ölkələri Azərbyacan xalqının bu dərdinə biganə qalmayıb və faciənin baş verdiyi ilk gündən həmrəylik mesajlarını vermişdilər. Təsadüfi deyil ki, bu dövlətlərin cəmləşdiyi İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq təşkilatlar sırasında Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanıyıb.
2012-ci il yanvarın 30-da İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) İndoneziyanın Palembanq şəhərində keçirilən 7-ci sessiyasında qəbul edilən "Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının təcavüzü” adlı qətnamədə təşkilat üzv-ölkələrin parlamentlərini 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən və soyqırımı xarakteri daşıyan kütləvi qırğını müvafiq şəkildə tanımağa çağırır və Xocalı qırğınını törədənləri məsuliyyətə cəlb etməyi tələb edirdi. Bu qərarın Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması üçün zəmin yaratdığını söyləmək olar. Sənəddə öz əksini tapmış cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi tələbi isə qətliamda iştirak etmiş hüquqi və fıziki şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquqi əsasdır.
Müsəlman ölkələrinin nufuzlu bloku olan İƏT-in bundan iki il əvvəl -2010-cu ilin yanvarın 31-də üzv dövlətlərin Parlament İttifaqının Uqandanın Kambala şəhərində keçirilən VI konfransında "Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edilmişdi. İƏT Parlament İttifaqı qəbul etdiyi Qətnamədə İslam Konfransı Gənclər Forumunun baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən, Xocalıda dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına yönələn "Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəkləmişdi.
Xocalı qırğınının 27-ci ildönümü ilə əlaqədar İƏT-in yaydığı bəyanatda bir daha bu soyqırımı xatırlanır və səbəbkarların məsuliyyətə cəlb olunması tələb olunur. İƏT-in baş katibi Yusif bin Əhməd əl-Useym soyqırımının 27-ci ildönümü ilə əlaqədar faciədə həyatını itirmiş şəxslərin xatirəsini yad edib. Baş katib qeyd edib ki, Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının nəticəsidir. O, işğal olunan Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi dəyərləndirən İslam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommünikesinə və İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilən qətnamələrə istinad edib. Baş katib Azərbaycanın ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini ifadə edib.
Azərbaycan məruz qaldığı bu soyqırımı aktının dünyada tanıdılması üçün apardığı siyasət çoxşaxəlidir. Bunun üçünsə mötəbər beynəlxalq təşkilatlarla fəal və faydalı əməkdaşlıq imkanları çox vacibdir. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan üçün bu öz haqq işinin müdafiəsi baxımından müsəlman dünyasında mühüm və etibarlı platformadır.
Xəbərin oxunma sayı : 802
Analiz
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV