“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

YAP-ın aylıq gəliri - 1 milyon manat!

Tarix 01.03.21, 18:31

Font ölçüsü : - / +
bitmap-img6


Bu günə (01.03.2021) kimi Azərbaycanda rəsmi qeydiyyatdan keçən 62 siyası partiyadan yalnız 7-si ötən il üçün maliyyə hesabatını açıqlayıb.

Açıqlanan rəsmi məlumatlara görə, maliyyə hesabatı təqdim edən 7 siyasi partiyanın 6-sı 2020-ci ildə maliyyə fəaliyyətlərinin olmadığını bildiriblər.

Maliyyə fəaliyyəti olan və hesabat verən yeganə partiya Yeni Azərbaycan Partiyası (YAP) olub. YAP tərəfindən verilən hesabatda qeyd olunur ki, ötən partiyanın həm gəlirləri, həm də xərcləri artıb.
2020-ci ildə YAP ümumilikdə 12 milyon 290 min 495 manat gəlir əldə edib. Partiyanın gəlirləri əvvəlki illə müqayisdə 1 milyon 622 min 210 manat artıb.

YAP ötən il 10 milyon 346 min 294 manat üzvlük haqqı yığıb. Əvvəlki illə müqayisdə üzvlük haqqı 1 milyon 37 min 269 manat artıb.

Dövlət büdcəsindən YAP-a 1 milyon 942 min 414 manat ayrılıb və son bir ildə 583 min 154 manat artıb.

Bunlardan başqa 2020-ci ildə YAP-ın 1787 manat faiz gəlirləri olub. Qeyd edək ki, YAP banklara 145 min manat depozit yerləşdirib.

Xərclərə gəldikdə isə qeyd edək ki, YAP ötən bir ildə 10 milyon 527 min 380 manat xərcləyib. Bu vəsaitin 5 milyon 762 min 382 manatı əmək haqqına sərf olunub. Seçkilərlə əlaqəli olaraq YAP 347 min 569 manat xərcləyib.

Onu da qeyd edək ki, qanunvericiliyə görə digər siyasi partiyalar illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq təqdim etməlidilər. //Yeniavaz.com



Xəbərin oxunma sayı : 565




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap