Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Yaxın Şərqdə daim dəyişən siyasət və strategiya: Qarşıdakı 1 ay Suriya və İraqın gələcəyini müəyyən edəcək - TƏHLİL

Tarix 11.04.17, 18:50

Font ölçüsü : - / +
bitmap-img6


Son günlərdə Yaxın Şərqdə gedən proseslər başgicəlləndirici səciyyə daşıyır. Bölgədəki ittifaq və düşmənçiliyin aylıq, həftəlik və hətta gündəlik dəyişməsi strategiya və siyasətin də davamlı olaraq yenilənməsini zəruri edir.

Başlanğıcda rəsmi Dəməşq-Rusiya-İran paktı əleyhinə Suriya müxalifəti-ABŞ-Türkiyə-Səudiyyə Ərəbistanı və bu dövlətlərin vəkilləri vasitəsilə müxtəlif qruplar arasında bloklaşma, habelə cənubdan İŞİD və şimaldan PYD/YPG vasitəsilə İraq-Suriya sərhədinin də aradan qalxması ilə vəziyyət daha da qarışıq oldu. 

Beləcə, İraq və Suriya problemləri sanki riyaziyyatdakı kəsişən çoxluqlar halına çevrildi. Bütün bu proseslərə bağlı olaraq, qonşu iki dövlətin inzibati-siyasi nizamının pozulmasından birbaşa təsirlənən Türkiyə də xarici siyasətində zəruri dəyişikliklər edir.

Türkiyənin əl-Baba qədərki bölgəni İŞİD-dən təmizləmə uğurundan sonra Mənbici hədəf göstərməsi, ABŞ-ın vədinə baxmayaraq, PYD/YPG-nin Mənbicdən çəkilməməsi, Suriya ordusunun Mənbicin qərbində Türkiyə və Azad Suriya Ordusuna (ASO) qarşı meydan yaratması Suriyada kartların yenidən qarışmasına dəlalət edir.

Yeni Sayks-Piko sazişi?

ABŞ və Rusiyanın Suriyadakı mikroəlaqəsinə daha geniş çərçivədən baxdıqda, bu iki böyük gücün bölgə daxilində Birinci Dünya müharibəsində ingilislər və fransızların 1916-cı ilə aid Sayks-Piko gizli razılaşmasına bənzər bir sazişə doğru getdiklərinə aid təəssürat yaranır. 

Bu sazişə görə, Suriya daxilində Fərat çayının şərq hissəsinin ABŞ-ın nüfuz bölgəsi, qərbinin isə Rusiyanın nüfuz bölgəsinə çevrilməsi aydınlaşır. Hər iki böyük güc Fəratın şərqi və qərbini bölərək özlərinə aid hərbi bazalar yaradır.

İdlibdəki son kimyəvi hücumun da bununla əlaqəsi ola bilər. Çünki Fəratın qərbində, yəni Rusiyanın nüfuz bölgəsində ən böyük müxalif anklav İdlibdir. Bu bölgədə paytaxt Dəməşq ilə Hums və Dəraa bölgəsindəki ələ keçirilməsi nisbətən daha asan olan müxalif məntəqələri bir yana qoysaq, Türkiyə ilə də birbaşa quru əlaqəsi olan yeganə yer – sünni müxaliflərin əlindəki İdlibdir.

Buna görə də Suriya rejimi Rusiya ilə birgə əməliyyata başlamazdan əvvəl kimyəvi silahdan istifadə edib psixoloji üstünlüyünü təmin etməyi istəmiş ola bilər.

ABŞ-Rusiya müqaviləsində hər iki tərəf üçün də açar rolu PYD-YPG təşkil edir. ABŞ Raqqaya yönəlik əməliyyatı PYD/YPG gücləri ilə edəcəyi təəssüratı yaradır. Rusiya da İdlibə qonşu olan Afrində PYD/YPG ilə əməliyyat keçirib, İdlibdəki müxalifləri ölənə qədər döyüşmək və ya Türkiyəyə qaçmaq seçimi ilə üz-üzə qoyacaq. 

Əgər siyasi həll olmazsa, önümüzdəki aylarda təəssüf ki, İdlibdə Hələbdə yaşananlar baş verəcək.

Eyni vəziyyət Raqqaya da aiddir. 250 min nəfərin yaşadığı Raqqada ərəb sakinlərin qaça biləcəyi yeganə yer şimaldakı kürd bölgəsidir. Əgər ABŞ və Rusiya arasında razılaşma varsa, ən mühüm sual Raqqanın ələ keçirilməsindən sonra şəhərin idarəşiliyinin kimə veriləcəyidir. Çünki bu vəziyyət bölgədəki xəritələri dəyişdirəcək. 

Əgər bölgə PYD/YPG-nin nəzarətinə verilsə, kürdlər Suriyada gözlədiklərindən də çox ərazi əldə edəcəklər. Suriyada sünni ərəblərin həyat sahələri daha da daralacaq.

Mosulda da vəziyyət Raqqadakına bənzəyir. Mosulun ələ keçirilməsindən sonra şəhərə kimin nəzarət edəcəyi İraqın gələcəyinin formalaşmasında mühüm rol oynayacaq. Mosulun mərkəzi hökumətə verilməsi halında, sünni ərəblərin vəziyyəti yaxşı olmayacaq. 

Əgər Mosulun şimalında onsuz da mübahisəli olan, perşmərgənin nəzarətindəki – Sincar mahalı, Təlafərin Rabia, Zummar və Başika qəsəbələri – bölgələr ABŞ-ın müttəfiqi olan kürdlərə verilsə, bölgədə sünni ərəb əhalisi və türkmənlər arasında toqquşma ola bilər.

Türkiyə nə edə bilər?

"Fərat qalxanı" əməliyyatının ilk mərhələsinin bitirdiyini açıqlayan Türkiyə nə edə bilər? 

Hələlik Türkiyənin ABŞ və Rusiyanın mühafizəsindəki Mənbiclə bağlı əməliyyat keçirməsi mümkün ehtimal deyil. Suriyada ikinci əməliyyat nöqtəsi olan Afrin də Rusiyanın müdafiəsi altındadır.

"Fərat qalxan"ı əməliyyatı ilə Suriyada iki kantonun birləşməsini maneə törədən Türkiyənin Suriyada edə biləcəkləri hələlik olduqca məhdudlaşdırılıb.

Alternativ olaraq İraqda hərbi əməliyyat hələ ki mümkündür. Çünki PKK-nın Mosul ilə Suriya sərhədi arasındakı Sincara nəzarəti həm Türkiyə, həm də Bərzani administrasiyasını narahat edır. Türkiyənin bu qruplaşmaya zərbə endirmək üçün YPG/PYD-nin Cəzirədəki kantonlarıyla İraq Kürd bölgəsinin arasına girmə ehtimalı hələ də mövcuddur. Bu mənada Rojova peşmərgələri də əhəmiyyətli ünsürdür.

Suriyaya raket hücumu təşkil edən Trampın Suriyada, xüsusilə də Raqqada nə edəcəyi izlənilməlidir. Çünki bu hücum Rusiya və İranın təpkisi ilə nəticələnib. Mosulda vuruşan ABŞ-ın bölgədə bir də Rusiya ilə toqquşmaq istəmədiyi düşünülə bilər. Bir az gözləyib, Tramp administrasiyasının Əsəd rejimi ilə bağlı qərarının nə olacağını gözləmək lazımdır.

Ancaq Rusiya, ABŞ Raqqa ilə məşğul olarkən, müxaliflərin mühüm mövqeyi İdlibə hücim edəcək. Bu halda iki milyondan çox əhali Türkiyəyə yeni köç axını edə bilər. 

Rusiyadakı son terror hücumları da Putin tərəfindən qanuni zəmini yaratmaq üçün istifadə ediləcək.

Bölgədə vəziyyət davamlı olaraq dəyişdiyindən qəti bir uzaqgörənlik mümkün deyil. Amma aprel ayının sonları həm Suriya, həm də İraqın gələcəyi baxımından çox əhəmiyyətlidir. 

Bölgədə etnik və məzhəbi təmizlik demoqrafik quruluşun şüurlu şəkildə dəyişdirilməsidir. Demoqrafik dəyişmə bir müddət sonra xəritələrin da dəyişəcəyi mənası verir.

Çengiz Tomar

"Al-Jazeera"

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 211




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap