“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Yeni il ərəfəsində əfv gözlənilir? - AÇIQLAMA

Tarix 10.11.25, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gəlir. Bu günlər bayram olmaqla yanaşı həm də bəzi insanlar üçün azadlıq gününə çevrilir. Çünki Azərbaycan Respublikasının Prezidenti tərəfindən əvvəlki illərdə 31 dekabr ərəfəsində əfv sərəncamları imzalanıb.

Məhz Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlməsinə isə iki aydan da az vaxt qalıb.

Bəs Yen il ərəfəsində növbəti əfv sərəncamı gözlənilir?

Mövzu ilə bağlı Cebheinfo.az-a danışan Azərbaycan Respublikasnın Prezidentiı yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, hazırda Prezident yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilmir:

"Ölkədə zəfərin 5-ci ildönümü ilə bağlı böyük tədbirlər keçirilirdi. Buna hazırlıq prosesləri var idi və şübhəsiz ki, belə bir vaxtda bütün dövlət orqanları diqqəti bu məsələyə yönəltmişdi. Qeyd edim ki, 2025-ci ildə əfv sərəncamı may ayında olmuşdu. Növbəti əfv sərəncamının nə vaxt, yaxud yaxın vaxtlarda olması ilə bağlı hər hansı bir məlumata malik deyiləm.

Bildirim ki, əfv hüququ cənab Prezidentin müstəsna Konstitusion səlahiyyətidir və onun nə vaxt verilməsi ilə bağlı ölkə başçısı qərar qəbul edir. Ona görə də dəqiqi və qəti bir fikir söyləmək o qədər də doğru olmazdı. Əfv hüququnun həyata keçirilməsi təşkilatı və texniki cəhətdən Prezidenti yanında Əfv Məsələləri Komissiyası tərəfindən həyata keçirilir.

İlk növbədə iclasların çağırılması, daxil olan müraciətlərin müzakirəsi və rəylərin hazırlanması cənab Prezidentə təqdim olunması kimi proseslərdən keçir. Bir daha qeyd edirəm ki, yaxın vaxtlarda belə bir sərəncamın olması ehtimalı ilə bağlı hər hansı məlumata malik deyiləm".



Xəbərin oxunma sayı : 643




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap