“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Yeni Suraxanıda tikintiyə görə ağaclar kəsilib? - VİDEO

Tarix 20.02.26, 9:14

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Heydər Əliyev prospekti, 414 ünvanında ağaclar kəsilib, ərazi tikinti üçün hasara alınıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə bu ərazilərdə ağacların kəsildiyi iddia olunur. Baku TV əməkdaşları məsələ ilə bağlı hadisə yerinə yollanıblar.

Müşahidələrə əsasən, ərazidə az sayda da olsa, ağaclar kəsilib.

Eyni zamanda ərazidə əvvəlki dövrlərdə də ağacların kəsilmə izlərinə rast gəlinib. Bu isə onu göstərir ki, ərazi mərhələli şəkildə yaşıllıqdan təmizlənərək hansısa məqsədlər üçün istifadəyə hazırlana bilər.

Mövcud vəziyyətlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə heç bir ağac kəsilməsi halı mövcud deyil və hər hansı tikinti işlərinin aparılması nəzərdə tutulmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a bildirib ki, rayonun Yeni Suraxanı qəsəbəsində yerləşən yaşıllıq sahədə ağacların kəsilməsi ilə əlaqədar polis və digər dövlət qurumlarının nümayəndələri ilə birgə baxış keçirilib. Araşdırmanın nəticəsi ilə bağlı hüquqi tədbir görüləcək.




Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap