Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Zığ qəsəbəsində binalarda yaranan çatlar təhlükəli səviyyəyə çatıb - VİDEO

Tarix 08.04.26, 9:06

Font ölçüsü : - / +
bitmap-img6


Beton bloklar sürüşür, onlarla ailənin yaşadığı binalarda çatlar yaranır.

Paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsi, Zığ Yolu küçəsində yerləşən 5 mərtəbəli yaşayış binaları, həmçinin Hatəm Allahverdiyev ünvanındakı fərdi yaşayış evinin sakinləri üzləşdikləri təhlükəli vəziyyətlə bağlı “Xəzər Xəbər”ə müraciət ediblər.

Sakinlər bildirirlər ki, tikilinin arxasında torpaq sürüşməsinin qarşısını almaq məqsədilə quraşdırılan beton bloklar sürüşür və qopan parçalar binaların həyətlərinə tökülür. Sürüşmə hər gün daha da artır, binaların fasadı qopur, evlərdə uçma təhlükəsi yaranır.

Sakinlər onu da bildirirlər ki, sürüşmə təhlükəsi səbəbindən digər binaların bir çoxundan sakinlər köçürülüb. Fərdi yaşayış evlərinin bəziləri də bir neçə il əvvəl çıxarılıb. Yerdə qalan fərdi yaşayış evinin sahibləri ilə akt imzalansa da, 1 ildən çoxdur ki, həmin sakinlərin köçürülmə işləri həyata keçirilmir.

Məsələ ilə bağlı Suraxanı rayon 135  saylı mənzil-kommunal istismar sahəsindən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən ünvanda yerləşən yaşayış binalarının vəziyyəti yaxşı olsa da, torpaq sürüşməsi riski yüksəkdir. Qeyd olundu ki, əraziyə baxış keçirilib, məsələdən xəbərdardılar və bununla bağlı aidiyyəti dövlət qurumlarına da müraciət olunub.

Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, ərazidə aktivlik müşahidə olunur, hazırda araşdırma işləri davam etdirilir, aidiyyəti qurumlar məlumatlandırılıb. Nəticəsi barədə əlavə məlumat veriləcək.





Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap