“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Zəngilanda fəhlələr arasında kütləvi dava - xəsarət alan var

Tarix 05.10.26, 17:35

Font ölçüsü : - / +
bitmap-img6


Zəngilan rayonunda fəhlələr arasında baş verən mübahisə cinayətlə nəticələnib.

AzFakt.com oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Ağalı kəndində baş verib. Hadisə Zəngilanda fəaliyyət göstərən tikinti şirkətinin fəhlələri arasında baş verib. Şirkətin işçiləri olan Sədi, Allahyar, Nicat, Səid və Kamal adlı şəxslər bir otaqda kirayədə qalıblar. Bir müddət əvvəl onlar qaldıqları otaqda çörək yeyib, spirtli içki qəbul ediblər. Sərxoş vəziyyətdə olan Sədi və Nicat arasında mübahisə yaranıb və onlar söhbət etmək üçün otaqdan çölə çıxıblar. Bu vaxt Kamal və Allahyar da onların arxasınca çıxıblar və mübahisə böyüyüb. Mübahisə zamanı Allahyar otaqda olan yanğınsöndürən balonla Nicatın başına zərbə endirib. Nəticədə Nicatın başı yarılıb. Allahyar daha sonra Nicatı döyüb.

Nicat xəstəxanaya gətirilib və onun baş nahiyəsinə altı tikiş vurulub.

Hadisə yerinə polis əməkdaşları gəliblər və Allahyar saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Allahyar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Xəbərin oxunma sayı : 139




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap