Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Tarix 19.04.24, 21:43

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib.

AzFakt.com Qaynarinfo-ya istinadla xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir.

Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. İş hakim Fuad Məmmədovun icraatındadır. Mayın 7-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.

Nazim Əmirov Abel Məhərrəmovla yanaşı, onun xanımı Rəhimə Mahmudovanı, Tağıyev İlqar Nizami oğlunu və Tağıyev Nizami Haqverdi oğlunu da məhkəməyə verib.

İddialara görə, məsələnin kökündə Abel Məhərrəmovun Xaçmaz rayonunun Seyidlikəndyeri kəndindəki oteli ilə bağlıdır. Bu otelin tikintisinə 2008-ci ildə icazə verilib.

Rəsmi sənədlərdə tikintinin sifarişçisi kimi Rəhimə Mahmudovanın adı qeyd edilib. Layihəni icra edən isə "Grandproje" şirkəti olub.

Seyidlikəndyeri Nabran qəsəbəsinin yaxınlığında yerləşir və Nabran bələdiyyəsinin ərazisi hesab edilir. Bir neçə il əvvəl mediada yayılan məlumatlarda bildirilirdi ki, Nabranda fəaliyyət göstərən "El Faro hotel Nabran" Abel Məhərrəmova məxsusdur. 200 hektar ərazidə yerləşən obyektin 61 milyon manat dəyərində olduğu iddia edilir.

Baş verənlərlər bağlı Abel Məhərrəmovun mövqeyini öyrənmək mümkün olmayıb.



Xəbərin oxunma sayı : 901




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap