“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Aristokrat” klinikasında saxta həkimlər - VİDEO

Tarix 30.11.25, 12:36

Font ölçüsü : - / +
bitmap-img6


“Aristokrat” klinikası ilə bağlı iddia

Baku TV-nin qaynar xəttinə daxil olan şikayətlərə görə, Nərimanov rayonunda yerləşən “Aristokrat” Tibb Mərkəzində tibbi təhsili olmayan stomatoloqlar çalışır. Kanalın əməkdaşları sözügedən həkimlərin – Sadiq Şükürov və Araz Məmmədzadənin qəbuluna yazılaraq məsələni aydınlaşdırmağa çalışıblar.

Məlum olub ki, həmin şəxslər heç bir məhdudiyyət olmadan həkim kimi fəaliyyət göstərirlər. Daha sonra “Aristokrat” Tibb Mərkəzinin mətbuat katibi Aqil Qarayev məsələ ilə bağlı açıqlama verib. “Araz Məmmədzadə mərkəzdə ortopedik stomatoloq kimi çalışır və bu sahə üzrə müvafiq təhsil, eləcə də ixtisas sənədlərinə malikdir. Sadiq Şükürov isə burada diş texniki kimi fəaliyyət göstərir və pasiyentlərə tibbi müdaxilə etmir”, – deyə o qeyd edib. 
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, Analitik Ekspertiza Mərkəzi tərəfindən sözügedən həkimlərlə bağlı faktlar ciddi araşdırılacaq və ictimaiyyətə bu barədə məlumat veriləcək.





Xəbərin oxunma sayı : 1864




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap