“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Gecə paltarlarını reklam edən bloqer cərimələndi - FOTOLAR

Tarix 03.03.26, 21:06

Font ölçüsü : - / +
bitmap-img6


Sosial şəbəkələrdə milli-mənəvi dəyərlərə uyğun hesab olunmayan paylaşımlar edən daha bir qadın inzibati məsuliyyətə cəlb olunub.

AzFakt.com-un “qafqazinfo”ya istinadən yaydığı məlumata görə, 1996-cı il təvəllüdlü S. Abbasova barəsində prokurorluq tərəfindən protokol tərtib edilib. Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi onun əməlini İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi – internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkələrində kütləvi nümayiş etdirilən, ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlər – üzrə qiymətləndirib və işə Suraxanı Rayon Məhkəməsində baxılıb.

Bildirilib ki, 140 mindən çox izləyicisi olan instaqram hesabında yerləşdirdiyi bəzi videolarda o, xarici dildə səslənən musiqi fonunda oriental rəqs hərəkətləri edib, digər paylaşımlarda isə hər hansı satış məqsədi və ya brend təqdimatı olmadan bədəninin hissələrini nümayiş etdirib.

Məhkəmənin qərarı ilə S. Abbasova 1000 manat məbləğində cərimə tətbiq olunub.













Xəbərin oxunma sayı : 256




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap