Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İşdən çıxarılan Ruslan Əliyev Badamdardakı villasını satışa çıxarıb - FOTOLAR

Tarix 18.03.24, 14:03

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə gün əvvəl işdən çıxarılan "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Səbail rayonu, Badamdar qəsəbəsində evini satışa çıxarıb. 

Valyuta.az-a daxil olan məlumatda iddia edilir ki, təxmini dəyəri 1.5 milyon manat olan Ruslan Əliyevə məxsus villa satışa qoyulub. Badamdar qəsəbəsinin ən prestijli yerlərindən birində yerləşən villanın hansı məbləğə və nəyə görə satışa çıxarılması məlum deyil. 

Üç mərətəbəli villa Badamdar qəsəbəsi, Şıxov çimərliyinə baxan istiqamətdə 15 sot ərazidə yeni inşaa olunub. İşlər tam yekunlaşmasa da, villaya kifayət qədər xərc çəkildiyi görünür. 

Vəzifəsindən bu günlərdə azad edilən Ruslan Əliyevin Azərbaycanda və xaricdə bir çox mülk və obyektlərinin olduğu da istisna edilmir. 

Mənbə onun xüsusən "Azəriqaz" baş direktorunun istismar üzrə müavini Cahid Hüseynovla birgə bizneslər qurduğunu da deyir. Onların Bakı və Şamaxı şəhərlərində, Salyanın Qaraçala kəndində evləri, ticarət obyektləri, Salyan rayonu ərazisində istixana kompleksləri, tikinti materialları bazarı, balıqçılıq və heyvandarlıq təsərrüfatları, Şamaxı şəhərinin Çuxuryurd və Məlhəm kəndlərində villaları, Səbail, Xətai və Nərimanov rayonlarında mülkləri mövcuddur. 

Qaxın Xal-Xal kəndində yerləşən məşhur "Şəlalə Farel" Ailəvi İstirahət Mərkəzinin də Ruslan Əliyevin olduğu iddia edilir. İstirahət mərkəzinin onun yaxın adamının adına rəsimləşdiyi deyilir.





Xəbərin oxunma sayı : 811




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap