Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Şəbnəmlə barışmamışam“ – Vəfa Şərifova

Tarix 15.03.24, 23:55

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Vəfa Şərifova həmkarı Roza Zərgərlinin onu qalmaqal yaşadığı Şəbnəm Tovuzlu (Əsədova) ilə zəng edərək barışdırmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda Vəfa qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb.

R.Zərgərliyə hörmət etdiyini dilə gətirən V.Şərifova qarşı tərəflə, yəni Ş.Tovuzlu ilə barışmadığını bildirib:

"Roza məni qarşı tərəflə barışmağa məcbur etmədi. O mənə əvvəlcədən yazıb hörmətlə danışdı. Dedi ki, "Olar, sənin telefonda səsini açım və efirə getsin". Mənim Rozaya olan hörmətimdən söylədim ki, bundan sonra Şəbnəmə qarşı bu gündən sonra mənfi bir addım atılmayacaq. Bu, barışıq deyil.

Bu, maqazin verilişi idi və orada bu məsələni şişirtdilər və şouya çevirdilər. Barışıq qəlblə olmalıdır. Bu barışıq kiminsə xətrinə görə olmalı bir şey deyil. Barışıq ürəkdən gəlməli, içdən olmalıdır. Bəlkə illər keçsə, Şəbnəmlə aramda kin gedər, hisslər dəyişilər. O zaman bəlkə barışıq ola bilər... Amma kiminsə xətrinə görə barışıq olan bir şey deyil".

Qeyd edək ki, Vəfa Şərifova sosial şəbəkə hesabında Şəbnəm Tovuzlunun onun barəsində danışdığı səs yazısını yayaraq bu məsələ ilə bağlı münasibət bildirib. Vəfa Şəbnəmin onunla mənasız ədavət apardığını söyləyib. Şəbnəm isə bu səsli mesajların köhnə olduğunu vurğulayıb.






Xəbərin oxunma sayı : 916




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap