Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Roza toy qiymətini açıqladı - 5-12 min manat (VİDEO)

Tarix 21.04.24, 18:40

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Roza Zərgərli toy qiymətini açıqlayıb.

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu "Zarafat bir yana" verilişində deyib.

Sənətçi bildirib ki, el şənliklərinə 30 dəqiqəlik çıxışı üçün 5000 manat, bütöv toyu ansambl ilə birlikdə 12.000 manata idarə edir.

Bundan başqa Roza vurğulayıb ki, bir sıra hərbçilərin və qazilərin toyuna pulsuz gedir:

"Mən ehtiyatda olan kapitanam. Ehtiyatda olan zabitlər, qazilər bu addan spekulyasiya etməyən, əsl olanların hamısının toyunda pulsuz çıxış edirəm. Hətta bu yaxınlarda belə bir hadisə yaşandı ki, bilmədik kimin toyudur, beh götürdük. Onun toyuna getdik. Gördük ki, bəy kostyumunda sinəsi dolu ordenlərdir. O zaman biz aldığımız behi də qaytardıq və toyu təmənnasız oxudum".

Müğənni daha sonra həmkarları Xalq artisti Miri Yusifin 30 dəqiqəlik çıxışı üçün aldığı 8000 manat və bəstəkar-müğənni Murad Arifin bütöv məclisi idarə etməsinə görə 15.000 manat qonorar məsələsinə də münasibət bildirib:

"Hər şeyin öz qiyməti var. Bizim formalarımız böyük ola bilər, amma şişirtməklə aramız yoxdur. Mən bütöv toydan aldığım 12.000 manat qonorar bugünki gün üçün hamının xoş günündə çatdıracağı məbləğdir. O qiyməti də şişirtməklə deyil... Hər kəs evində Roza Zərgərlinin görmək istəyər. Əgər imkanı çatmasa ürəyində qalacaq. Mən niyyət etmişəm ki, övladımın toyunu iki sənətçi başdan-ayağa aparacaq. Qalan sənət dostlarım məclisimizə qonaq gələcək. O iki müğənnilər isə Əməkdar artistlər Rühəngiz Allahverdiyeva və Elton Hüseynəliyevdir".





Xəbərin oxunma sayı : 784




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap