Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“Mən heç vaxt İlhamə Quliyeva ola bilmərəm“ - Roza Zərgərli

Tarix 18.08.24, 17:22

Font ölçüsü : - / +
bitmap-img6


"Əvvəllər İlhamə xanımla münasibətim çox da yaxşı olmayıb. Çünki zamanında o mənə bir çox televiziyalarda qadağa qoydurmuşdu. Dünyasını dəyişməzdən 5 il öncə Space TV-də yeni il çəkilişində görüşdük. Mən də gənclərin arasında idim. İlhamə xanım baxıb dedi ki, bilirsən də səni çox istəyirəm?! Mən də gənc, başı alovlu idim. İstehza ilə dedim ki, "hə, çox yaxşı görürəm". Dedi ki, yox, sən çox yaxşı qızsan, sən atəşsən. Hətta "Atəş" mahnısını çəkilişdə mənimlə birgə oynayıb, oxudu. Bu görüşdən sonra münasibətimiz çox yaxşı oldu. Bir çox dövlət tədbirlərində, seçki kampaniyalarında iştirak edirdik. Bu gün həqiqətən İlhamə xanımın yeri çox görünür. Həqiqətən şir bürcü idi. Çox gözəl, kübar xanım idi. O özü üçün, həyatı üçün, ətrafı üçün yaşadı. O istədiyi kimi hərəkət edirdi. Mən güclü qadınları sevirəm. Onlara vaxtında kənardan baxıb örnək götürmüşəm. Hər şeyin sahibi dəyişir. Bir gözəl pritça var. 120 il bundan sonra biz aldığımız evlərdə yaşamayacağıq. 120 ildən sonra gərək sən nə qədər böyük dahi insan olasan ki, səni hansısa dərslikdə kimsə xatirinə salsın. 120 il sonra çox şey olmayacaq. Ona görə hökmranlıq edirsən ki, bu aləmdə səndən çəkinsinlər. O kişinin qızı da zamanında hökmranlıq edib".

Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Roza Zərgərli deyib. O, daha sonra əlavə edib:

"Vaxtilə İlhamə xanımın əlini öpənlər indi rəfiqə olublar. Axı indi ölüb! Bir yaxını da yoxdur ki, basıb gözlərini çıxarsın. Hər yerindən qalxan "İlhamə" deyir. Onların "duxu" olsaydı onun sağlığında deyərdilər ki, Roza Zərgərli özünü İlhamə Quliyevaya oxşadır. İlhamə xanım onların payını özü verərdi. Gör dünyanın harasıdır ki, İlhamə xanımın qəbri üstündə mahnı oxuyur, klounluq edirlər. Onun sağlığında mahnısını kimsə oxuya bilərdi? Əlbəttə ki, yox! Dünyanı dağıdardı. Şou-biznes aləmi indi çox acınacaqlı vəziyyətdədir. Onun üçün mən kənara çəkilib, işlərimi görürəm, tamaşaçılarla ünsiyyətdə oluram. Nə bu camiyənin insanları ilə dostluq et, nə də yaxınlıq et. Bir-iki nəfər barmaqla sayılası dostlarım var, qalanı boş şeydir. Salam və sağ ol. Çünki durduğun yerdə problemə düşürsən", - deyə müğənni bildirib.

O daha sonra "Deyirlər ki, şou-biznesdə İlhamə Quliyevanın yerini Roza Zərgərli tutub. Bu həqiqətdirmi?, - sualına müğənni belə cavab verib:

"Bəziləri İlhamə xanımdan sağlığında o qədər qorxurdular ki, o olmayanda da xoxan axtarırdılar. Birincisi, mən heç vaxt İlhamə Quliyeva ola bilmərəm. Bu o səbəbdəndir ki, o, İlhamə xanım Quliyeva idi, mən isə Roza xanım Zərgərliyəm. İlhamə xanım istədiyi zaman kiminsə başını ağrıda bilərdi, mən isə Allah adamıyam. Əl altından iş görmürəm. O demək deyil ki, İlhamə xanım əl altından iş görüb. Mən açıq savaşıram. Xoşuma gəlməyən insana açıq şəkildə bunu deyirəm. Biz tamam fərqli-fərqli qadınlarıq. Bəli, zahirən, xasiyyətcə oxşadırlar. Sözü üzə deyən insanlarıq. Amma bu o demək deyil ki, mən kiminsə yerində ola bilərəm. Zamanında mənim də yerimdə heç kim gəlib otura bilməz. Hərənin fərqli yeri var. O, bizim sənətkarımız olub. Bəlkə də şou-biznesdə cavanlar içərisində ən çox incitdiyi mən olmuşam. Amma münasibət düzələndən sonra hər zaman onu sayıb-seçmişəm. Hətta "Bakı vaxtı ilə" verilişinə 2014-cü ildə təqdimat edəndə İlhamə Quliyeva özü şəxsən gəlib xeyir-dua verdi. Onda bildim ki, bu qadının ürəyi mənimlə düzəlib. Bəlkə də kimlərsə aramıza girmişdi, sonradan başa düşmüşdü".



Xəbərin oxunma sayı : 1393




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap