Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Sahib Alıyevin qohumu həbs edildi - Saxta sənəd...

Tarix 16.09.24, 16:31

Font ölçüsü : - / +
bitmap-img6


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Tərtərdə əməliyyat keçirib. Əməliyyat tədbir zamanı Anar Məmmədov, Elşad İbrahimli, Həbibə Həbibli, Xeyri Həcər, Emin Məmmədov və Nurəddin adlı sahibkar tutulublar. 

Musavat.com-un məlumatına görə, onlar ünvanlı sosial yardımların saxta sənədlər əsasında təyin olunmasında ittiham edilirlər.

Tutulanlardan Anar Məmmədov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Tərtər şöbəsinin müdiri vəzifəsində çalışıb. Sonradan onu bu postda Emin Məmmədov əvəzləyib. Anar Məmmədov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tərtər şöbəsinin müdiri vəzifəsinə keçirilib.

İstintaqın qənaətinə görə, Anar Məmmədov, ardından Emin Məmmədov DSMF Tərtər şöbəsinin müdiri işlədikləri dövrdə həmin şöbədə sektor müdiri və əməkdaşları vəzifələrini tutan Elşad İbrahimli, Həbibə Həbibli və Xeyri Həcər, sahibkar Nurəddin adlı şəxslə əlbir olub saxta sənədlər əsasında ünvanlı sosial yardım təyinatı aparmaqla külli miqdarda büdcə vəsaitini mənimsəyiblər.

Həbs olunan Anar Məmmədovun Tərtər rayonunun keçmiş deputatı Sahib Alıyevin yaxın qohumu olduğu da bildirilir.



Xəbərin oxunma sayı : 697




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap