Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

“Oleq Bakinski“ zavod direktorunu butulka ilə vurub? - Məhkəmə prosesi

Tarix 10.01.25, 16:35

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynalı kriminal "avtoritet" Oleq Krapivinin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzFakt.com "Report"a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə Oleq Krapivin tərcüməçiyə ehtiyac olmadığını və Azərbaycan dilini sərbəst bildiyini deyib: "Mən bakılıyam, Azərbaycan vətəndaşıyam tərcüməçi lazım deyil".

Hakim bildirib ki, anket məlumatlarında Oleq Krapivin 1960-cı ildə Şamaxıda anadan olduğunu və Bakıda Sabunçu qəsəbəsində yaşadığını deyib.

Digər təqsirləndirilən Konstantin Kuçerin hazırda rus dili tərcüməçisi ilə təmin olunub. Lakin o, növbəti prosesində tərcüməçinin Ukrayrna dilini bilən şəxsin olmasını xahiş edib.

Anket məlumatları dəqiqləşdirilən zaman Konstantin Kuçerin 8 övladı olduğu məlum olub. Təqsirləndirilən şəxslər məhkəmədə jurnalistlərin çəkiliş aparılmaması ilə bağlı vəsatət veriblər.

Məhkəmə hazırki müddətdə vəsatəti təmin edib və prosesdə çəkiliş aparılmasına icazə verilməyib.

Konstantin Kuçerin vəkili vəsatətlə çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxs Ukraynada nazirin müavini olub, 2020-ci ildən Azərbaycana köçüb:

"Buranı özü üçün ikinci Vətən kimi qəbul edib. Şirkətlər açıb, işçiləri olub. Bu adam heç kimə qarşı dələduzluq etməyib. Zərərçəkmiş kimi tanınan Rusiya şirkətləri ABŞ tərəfindən sanksiyaya məruz qalıb. İkinci tərəfdən dələduzluq ittihamından əlavə müvəkkilimə xuliqanlıq maddəsi ilə də ittiham verilib. Mən xahiş edirəm ki, cinayət işi ilə bağlı zərərçəkmişdən bioloji ekspertiza keçirilsin,cinayət işi ibtidai istintaqa qaytarılsın".

Oleq Krapivin vəkili də çıxış edərək cinayət işinin ayrıca icraata verilməsini, müvəkkilinin iş üzrə tək mühakimə olunmasını xahiş edib:

"Müvəkkilim özünü təqsirli bilmir. Zərərçəkmişlər Rusiya vətəndaşıdır. Hər hansı bir təhlükə yoxdur. Oleq Krapivinin əməli az ağır cinayətlır kateqoriyasına aiddir. Bu səbəbdən xahiş edirik, cinayət işi ayrıca icraata götürülsün və müvəkkilim barəsində ev dustaqlıq qətimkan tədbiri seçilsin".

"Oleq Bakinski" isə vəkilin fikirləri razı olduğunu, zərərçəkmiş şəxsi vurmadığını və hər hansı bir xəsarət yetirmədiyini bildirib.

Zərərçəkmişin şəxsin hüquqi nümayəndəsi isə çıxış edərək təqsirləndirilən şəxslərin vəkillərinin verdiyi vəsatətin təmin olunmamasını xahiş edib:

"Konstantin Kuçerin başqa cinayətləri də olub. İspaniya hazırdada qaçaqmalçılıqla bağlı interpol xətti ilə beynəlxalq axtarışdadır".

Konstantin Kuçerin isə buna etiraz edib və barəsində hər hansı bir axtarış olmadığını bildirib.

Məhkəmə vəsatətləri təmin etməyib. İş üzrə məhkəmə baxışı yanvarın 24-ə təyin edilib.



Xəbərin oxunma sayı : 229




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap