Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Paytaxtda söküntü zamanı ətrafdakı evlərə ziyan vurulub - VİDEO

Tarix 16.09.24, 8:47

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda söküntü işləri zamanı ətrafdakı evlərə zərər vurulub. Bir-birinə bitişik olan bəzi evlərin divarında iri çatlar əmələ gəlib. "Xəzər Xəbər"ə müraciət edən paytaxtın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində yaşayan sakinlər belə iddia edirlər.

Dalan 2-ünvanında yaşayanlar deyirlər ki, bir müddət əvvəl ``Vialon`` tikinti şirkətinin əməkdaşları sözügedən ünvandakı fərdi evləri alıb, yerində bina inşa etmək üçün bəzi ailələrlə razılığa gəlib.

Amma 60-a yaxın ev sahibi ilə qiymətdə razılaşma olmadığı üçün mənzillərini tərk etməyiblər.

Sakinlər deyirlər ki, tikinti şirkəti onlara bir kvadratmetr üçün 1500-1800 manat kompensasiya ödəyir. Amma sakinlər yerləşdiyi ünvana görə bunun real bazar qiymətindən çox ucuz olduğunu əsas gətirərək şirkətlə müqavilə imzalamırlar.

Məsələ ilə bağlı ``Vialon`` tikinti şirkətinin rəhbəri Ramil Qasımov iddia etdi ki, söküntü işlərini onlar yox, razılığa gəldikləri ev sahibləri özləri aparıblar.

Tikinti şirkətinin rəhbəri onu da əlavə etdi ki, söküntü aparılan yerdə çoxmərtəbəli binalar yox, dördmərtəbəli müasir təhsil kompleksinin inşası nəzərdə tutulub.




 



Xəbərin oxunma sayı : 769




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap