Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

“Uber“ sürücüsü həbs edildi: “Xanımdan xoşum gəlirdi“

Tarix 19.09.24, 20:17

Font ölçüsü : - / +
bitmap-img6


"Uber" xidmətində taksi fəaliyyəti ilə məşğul olan şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, taksi sürücüsünün həbs edilməsinə səbəb xanım sərnişinə qarşı nalayiq ifadələr və hərəkətlər etməsi olub. 

Belə ki, 6 sentyabr 2024-cü il tarixdə, 17:15 radələrində Səbail rayonu ərazisində yerləşən Ü.Hacıbəyli küçəsində Q.M. adlı xanım "Uber"dən taksi sifariş verərək, Xətai rayon ərazisinə getmək istəyib.

Qadın yolda "Hyundai Elantra" markalı avtomobilin sürücüsü, 1996-cı il təvəllüdlü C.B.-nın ona qarşı nalayiq ifadələrinə  və seksual xarakterli hərəkətlərinə şahidi olub. Sərnişin qısa zamanda yolun kənarında maşından düşüb və polisə şikayət edib. 

Sürücü saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. 

Məhkəmə iclasında iştirak edən sürücü protokola etiraz etdiyini, xanımdan xoşu gələdiyi üçün onunla tanış olmaq istədiyini deyib. O, 25 gün müddətinə həbs olunub. 



Xəbərin oxunma sayı : 241




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap