Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Əli Kərimlinin məhkəməsində qərar olmadı – İttihamçının vəkili etiraz etdi

Tarix 19.09.24, 16:50

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli təqsirləndirilən şəxs qismində hakim önünə çıxarılıb.

“AzPolitika” xəbər verir ki, sentyabrın 19-da Nəsimi rayon Məhkəməsində 5 il öncə partiyadan xaric olunmuş Aydın Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə baxışı keçirilib.

A.Əliyev iddia edir ki, AXCP sədri çıxışlarında ona böhtan atıb, onu hakimiyyətlə əməkdaşlıqda suçlayıb. Bu üzdən, Ə.Kərimlinin Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə həbsini istəyir.

Məhkəmə iclasında Ə.Kərimlinin vəkili Fəxrəddin Mehdiyev vəsatət qaldıraraq bir sıra sənədlər təqdim edib.

Bir həftə öncə Ə.Kərimliyə qarşı iddia icraata götürülərkən A.Əliyev də xüsusi ittihamçı statusunda tanınıb. Xüsusi ittihamçının nümayəndəsi Elvin Əliyev vəsatətin bu şəkildə verilməsinə etiraz edərək deyib ki, elektron sistemə yerləşdirilsin, o da tanış olub ardınca fikrini bildirsin. Bu üzdən, məhkəmə prosesi bir ay sonraya – oktyabrın 14-dək ertələnib.

Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsində 500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək həbs cəzası nəzərdə tutulub.



Xəbərin oxunma sayı : 280




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap