“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Çempionluq yarışından qopmamışıq“ - “Neftçi“nin məşqçisi

Tarix 06.11.21, 23:46

Font ölçüsü : - / +
bitmap-img6


"Öncə Zəfər günü münasibətilə xalqımızı təbrik edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Oyuna yaxşı başladıq. Amma hesab bərabərləşdikdən sonra oyunumuz alınmadı. Zədəlilərimiz var idi. Sabir Buqrin və Ömər Buludov zədədən əziyyət çəkirdi. Yusuf Lavalın da problemi var idi, amma şans verdik".

Bu fikirləri "Neftçi"nin məşqçisi Mübariz Orucov səfərdə "Keşlə"yə 2:3 hesabı ilə uduzduqları Premyer Liqanın X tur oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlubiyyətin yalnız yorğunluqla bağlı olmadığını bildirib: "Sadəcə, rəqibin qolundan sonra oyun ağırlaşdı. Məcburiyyətdən etdiyimiz rotasiyaların da mənfi təsiri oldu".

Orucov qapıçı Kamran İbrahimovun çıxışına da toxunub: "Gəncdir, hamımız onu dəstəkləyirik. Əslində onun qapıda dayanması da məcburi dəyişiklik idi. Aqil Məmmədov məşqdə zədələnmişdi. Öz "uşağ"ımızdır, səhvləri ola bilər. Bu da təcrübədən qaynaqlanır".

Mütəxəssis vəziyyətin nə yerdə olduğunu bildiklərini vurğulayıb: "Qarabağ"a məğlubiyyətdən sonra komandanı toparlamaq lazım idi. Yarışdan qopmamışıq. Sonadək mübarizə aparacağıq"

O, Xorxe Korreanın zədəsini sağaltdığını deyib: "Bu gün oynaya bilərdi. Amma risk etmədik. Digər tərəfdən, limit məsələsi də bizə mane oldu" (report.az).



Xəbərin oxunma sayı : 1090




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap