![]() |
|














“İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi” - Arayik Harutyunyan
Tarix 03.03.25, 22:35 |
|

Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 3-də davam etdirilib.
“Qafqazinfo”nun məlumatına görə, məhkəmədə təqsirləndirilən şəxs Arayik Harutyunyan səbəst ifadə verib.
O, 44 günlük müharibə ərəfində baş verənlərdən danışıb: “2020-ci ilin iyun ayında mən Paşinyandan xahiş etdim ki, bizi danışıqlar prosesi ilə tanış etsin. 2020-ci ilin iyununda İrəvanda bizim birgə Təhlükəsizlik Şurasının iclası oldu. Bu, hamı üçün açıq bir iclas idi. İclas zamanı Ermənistanın o vaxtkı xarici işlər naziri bizi danışıqlar prosesi ilə tanış etdi. Aydın idi ki, bu proses dalana dirənmişdi. Bu iclasda Ermənistanın müdafiə strukturlarının rəhbərləri bizi orduda olan vəziyyətlə tanış etdilər. Aydın oldu ki, Ermənistan müharibəyə hazır deyil. Müharibə etmək üçün müəyyən resurslar lazımdır. Belə ki, ərzaq, silah resursları, maliyyə resurları lazım idi. Məlum oldu ki Ermənistanın buna imkanı yoxdur. Mən orada çox qısa olaraq öz fikrimi söylədim. Bildirdim ki, müharibə vaxtı nəticə bizim resurslarımıza görə olacaq. Çünki istənilən müharibə resurların müharibəsidir. Azərbaycanın isə bütün sahələr üzrə potensialı Ermənistandan dəfələrlə üstün idi.
Sonra, iyul ayında siz daha yaxşı bilirsiniz ki, o vaxt Tovuzda atışmalar baş verdi. Orada nə baş verməsi barədə mənim təsəvvürüm də yox idi. Televizorda nə göstəriblərsə, yalnız onu bilirəm. Mən yeni bir adam olduğum üçün gərək “ordu” ilə tanış olardım və təmas xəttində nə baş verirsə bilərdim. 2020-ci ilin yayında ön cəbhəni və “ordu”nu gəzməyə, tanış olmağa başladım. Mənim facebook səhifəmdə və “rəhbərliyin saytında” bir neçə məqalə dərc etdim. “Ordu” ilə bağlı bütün informasiyaları “mətbuat xidməti” bizə təqdim edirdi. Və mənim səhifəmdə onlar çap olunurdu. Bəli, orada mənim elə çıxışlarım və söylədiklərim var idi ki, indi hazırda təəssüf edirəm ki, bunlara yol vermişəm”.
O, həmin ilin yayında və iyunun sonunda “Qarabağ ordusu”nun təlimlərini müşahidə etdiyini bildirərək təlimlərə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyini, habelə Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistanda verildiyini etiraf edib: “Təlimlərə rəhbərliyi Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyan edirdi. Bu da gizlin proses deyil, hamının gözünün qarşısında olan bir şey idi. Yayın sonunda Qarabağa Nikol Paşinyan gəldi. Mən onu “ordu bölmələri”nə qədər müşayiət eləmişəm. O, vəziyyətlə tanış oldu. Eşidirdim, görürdüm ki, “silahlı qüvvələr”də nə baş verir. Mən “Qarabağ müdafiə komitəsi”ndən heç bir məlumat almamışdım. Situasiya barədə heç vaxt mənə heç bir məlumat verilməyib. “Ordu” üzərində mənim heç bir səlahiyyətim olmayıb. Bu, sizə də məlumdur. İttiham aktında da bu barədə yazılıb. Ermənistan mətbuatında da bu barədə dəfələrlə qeyd olunub, deyilib ki, Qarabağda olan ermənilərin təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri, “Qarabağ müdafiə ordusu” da ora daxil idi. Deməli, Ermənistan təhlükəsizliklə bağlı məslələrə görə məsuliyyət daşıyır.
Sentyabrın 27-də sizə məlumdur ki, genişmiqyaslı müharibə başladı. “Qarabağın qanunları”na uyğun olaraq, biz hərbi vəziyyət elan etməli idik və onu da etdik. “Parlament”də məlumat verildi ki, müharibə başlayıb. “Qarabağ ordusu”nun rəhbərliyi tərəfindən elan olunmuş “hərbi qulluğa çağırış “başladı. Mənə aydın idi ki, bunun nəticəsi necə olacaq. İlk günlərdən mənim Paşinyanla söhbətim ondan ibarət oldu ki, müharibə nə vaxt dayandırılacaq. Mütəmadi olaraq, demək olar hər gün mən parlament deputatları ilə görüşürdüm. Demək olar hər gün Bako Sahakyanla və Arkadi Qukasyanla görüşürdüm. Mövzu isə müharibəni bir dəqiqə tez də olsa dayandırmaq barədə idi. Oktyabrın 2-də mənim bəyanatım oldu ki, “ordu”da heç bir səlahiyyətim yoxdur və yaxşısı bu olardı ki, mən də bir əsgər kimi qoşulardım sıraya. Mən öz postumu, ofisimi tərk etdim və ön cəbhəyə getdim. Mən ön cəbhədə əlbəttə ki, ola bilməzdim, çünki orada hərbi əməliyyatlar gedirdi, amma arxa cəbhədə əsgərlərlə görüşdüm. Geri qayıtmaq istəmirdim. Bilirdim ki, nə baş verəcək. Lakin mənim həmkarlarımın, dostlarımın təkidi ilə geri qayıtdım. Həmin gün Azərbaycanın dərinliklərində hərbi obyektlərə zərbələr endirmək barədə qərar qəbul olunmuşdu. Raket və yaxud da artileriya qurğularından. Əsasən siyasi hərbi vertikal “Qarabağ müdafiə ordusu”nun “qərargah rəisi”ndən başlayırdı, yuxarıdan aşağı. Levon Mnatsakanyanın bir qədər əvvəl verdiyi ifadələrdən artıq mənə aydın oldu ki, istintaqın xəbəri var ki, o, hansı səlahiyyətlərə malik idi və nə edə bilərdi. Mən bilmirdim ki, kimin hansı səlahiyyətləri var, hansı silahlardan istifadə olunmalıdır, olunacaq və sair. Mən Onik Qasparyandan soruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o mənə dedi ki, bəli, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarabağ tərəfindən endirililr”.
Arayik Harutyunyan Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamaq istədiyini, lakin Ermənistan baş naziri Nikol Paşinyanın buna imkan vermədiyini bildirib:
“Oktyabrın 18-i axşamçağı bizim Bako Sahakyanla və Arkadi Qukasyanla axırıncı görüşümüz oldu. Nikol Paşinyana zəng elədim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram, Bako və Arkadi də da lazım olsa buna qoşulacaqlar. Məktubun məğzi bundan ibarət idi ki, sadəcə müharibəni saxlayın. Paşinyana yazdığımız məktubun məzmunu isə belə idi ki, istənilən qaydada müharibəni saxlayın və bildirin ki, bu, erməni sakinlərin istəyidir. Belə ki, Ermənistanda vahid bir fikir yox idi. Ona görə də mən dedim ki, bizə istinad edib müharibəni saxlamaq lazımdır. Biz sonra dırnaqarası günahkar olmağa da hazırıq, lakin insan həyatını qorumaq lazımdır. Paşinyan bir neçə görüş keçirdi, müxalifətlə görüşdü, demək olar ki, hamıyla görüşdü. Oktyabrın 19-u gününün sonunda o mənə geridönüş zəngi elədi və dedi ki, müharibə davam edir. Detallara varmaq istəmirəm. Ən pisi o idi ki, müharibə davam edirdi”.
A.Harutunyan etiraf edib ki, “Qarabağ Müdafiə Ordusu”nun “komandanı” Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe idi. “Mən “hərbi komandanı” vəzifəyə təyin və vəzifədən azad etməmişəm, çünki mənim buna səlahiyyətim olmayıb.
Onilliklərlə “Qarabağ ordusu” ayrıca ordu kimi fəaliyyət göstərməyib. “Qarabağ ordusu”nun komandanına qarşı Ermənistanda cinayət işi başlanılıb. Əgər mənə tabe olsaydılar, ona qarşı cinayət işi Qarabağda başlanardı”, - deyə o bildirib.
Bundan sonra sərbəst ifadə verən təqsirləndirilən şəxs Erik Qazaryan heç kimi öldürmədiyini və Azərbaycan əsgərinə atəş açmaq istəmədiyi üçün təslim olduğunu bildirib.
Daha sonra təqsirləndirilən şəxs Vasili Beqlaryan sərbəst ifadə verərək elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd edib.
Məhkəmənin növbəti iclası martın 6-na təyin olunub. Növbəti məhkəmə iclası təqsirləndirilən şəxslərin sərbəst ifadəsi ilə davam etdiriləcək
Xəbərin oxunma sayı : 154
Hadisə
Xəbərlər
-
Bu gün Od çərşənbəsidir
-
“Toya 15 min manata gedirəm“ - Müğənni Roza
-
Müəllimlərə qadağa qoymuşdu, özü əməl etmədi - Video
-
“Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır“ - Tramp
-
Kadidən mükəmməl qol, “Qarabağ” qalib gəldi - VİDEO
-
“Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq“ - Ərdoğan
-
Səs yazısı yayılan direktor işdən çıxarıldı - Agentlikdən açıqlama
-
“İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi” - Arayik Harutyunyan
-
“Bu adam sülh istəmir” - Trampdan Zelenskiyə cavab
-
Azərbaycana gətirilən bu bitki çayında bakteriya aşkarlandı - FOTO
-
Yol tikintisində 31 min manatlıq dələduzluq - Yaxud 3,3 milyonluq qazanca aldananlar
-
DYP sürücülərə xəbərdarlıq etdi - Görünüş məsafəsi məhdudlaşacaq
-
Arayikgil məhkəmədə ifadə verdi - Fotolar
-
Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır - 36 min ödəyəcək
-
“Zelenski sülh müqaviləsi bağlamaq barədə danışmağa hazır deyil“ - Trampın müşaviri
-
Ramazanın dördüncü gününün duası - İmsak və iftar vaxtı
-
Gələn ildən Azərbaycanda közərmə lampaları qadağan olunur - Səbəb açıqlandı
-
Azərbaycanda xiyar ən çox hansı rayonlarda yetişdirilib? - Siyahı
-
149 saylı məktəbdə pul yığımına start verildi - Rəhilə Baxşiyeva nə tapşırıq verib?
-
Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzində nöqsanlar aşkarlanıb - RƏSMİ
-
Sabah Bakının iki rayonunda qaz olmayacaq - Xəbərdarlıq
-
İpoteka şərtlərinə yenidən baxılması təklif edilib - nələr dəyişəcək?
-
Bakıda məktəbli qəbiristanlıqda niyə qətlə yetirilib? - TƏFƏRRÜAT
-
“Sabah böyük gecə olacaq“ - Donald Tramp
-
Təbiətə 3 milyonluq ziyan vurublar - Cinayət işi açıldı
-
Prezident Vergi Məcəlləsinə dəyişiklik etdi - Prokurorluğa səlahiyyət verildi
-
Çingiz Mehdiyevə 10 il həbs tələb edildi - Arif Rəhimov dindirilmədi
-
Direktorun səs yazısı ilə bağlı nazirlik əməkdaşları məktəbə getdi - VİDEO
-
Arvadından şikayət etdi - Özü həbs edildi
-
Qazaxıstanın Baş naziri Heydər Əliyev Mərkəzində - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
AZCON-un yeni icraçı direktoru kimdir? - DOSYE
-
Marketlərdən 50 minlik oğurluq etdilər - VİDEO
-
“Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq“ - Dünya Bankı
-
Prezident AZCON-a icraçı direktor təyin etdi - SƏRƏNCAM
-
“Müəllimlərə pul yığılması yolverilməzdir” - 8 Martla bağlı xəbərdarlıq
-
"Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı tədbiri keçirildi - FOTOLAR
-
“Trampla yalnız ciddi danışıqlar üçün yenidən görüşərəm“ - Zelenski
-
Ötən il uşaqlara verilən coğrafi adlar - Tovuz, Quba, Yəmən...
-
Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
-
“Nar” ardıcıl altıncı il Müştəri Loyallığı İndeksində lider olub
-
DİM-in sualı plagiatdır? - Rəsmi cavab
-
Putinlə Tramp arasında yeni telefon danışığı olmayıb - KREML
-
Zaqatalada qanunsuz ağac budaması - Akif Məmmədov saxta rəy verib
-
Yoqurt Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - Marketlərdə 2,7 dəfə baha satılır
-
“Avropalılar ABŞ-a Ukraynadakı müharibəni uzatmağı təklif ediblər“ - Marko Rubio
-
Müəllimlərin dərs saatının azalır - Ombudsman narazıdır
-
14 yaşlı qızı qaçıran Qədir həbs olundu - TƏFƏRRÜAT
-
Ağdərənin Həsənriz kəndinə ilk köç - Fotolar
-
Vergi borcu olanları hansı sanksiya gözləyir? - VİDEO
-
Bu nağd ödənişlərə görə cərimə olunacaqsınız - 1000 manatadək
-
Mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilir - SİYAHI
-
Arayik sərbəst ifadə verəcək - Bakıda tarixi məhkəmə davam edir
-
Vüsal Aslanov daha bir rəisi işdən çıxardı - “Bakı Metropoliteni“ QSC-də təmizləmə
-
Tramp və Putinin görüşü sürətləndirilir - CNN
-
Fətəli Xan Xoyski küçəsində aparılan tikinti işləri narazılıq yaradır -FOTOLAR
-
“Oskar“ mükafatının qalibləri məlum olub - SİYAHI
-
Aliment Fondunun yaradılması saxta boşanmaları artıra bilər - Zahid Oruc
-
Prezident Qazaxıstan Baş nazirini qəbul etdi - FOTO
-
Bu şəxslərə yardım veriləcək - Aylıq 250 manat
-
Əmtəə bazarlarında vəziyyət - Qızıl və gümüş bahalaşıb
-
Xırdalanda “Faxralı” restoranı yanıb - VİDEO
-
“Zelenski Ukraynada atəşkəsdən imtina edib“ - Ağ Ev
-
DSMF məmuru Elvin Vəliyevin lüks həyatı - Fotolar
-
Köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - Video
-
ABŞ Ukraynaya yardımı dayandırmayacaq - Zelenski
-
“Hər kəsin yaşamağa cürəti çatmaz” - Oduna 600 manat ödəyirlər
-
Ramazanda restoranlarda xeyir iş üçün müraciətlər artdı - VİDEO
-
Aygün Kazımova mini geyimdə - Alt paltarı göründü
-
Türkiyə Super Liqası: “Qalatasaray“ büdrədi, “Fənərbağça“ fərqi azaltdı
-
Qarlı hava şəraiti istehlak bazarına necə təsir edib? - VİDEO
-
Volodimir Zelenski Kral Çarlsla görüşüb - FOTO
-
“Rusiya və Çin Trampın işdən çıxardığı hökumət işçilərini ələ almağa başlayıb“ - CNN
-
Yataqxanadakı amansız qətl: Elşad tələbə yoldaşına 40 bıçaq zərbəsi vurub...
-
Azərbaycanda bu ödənişlər üztanıma ilə olacaq - VİDEO
-
“Təcili olaraq Avropanı yenidən silahlandırmalıyıq“ - Ursula von der Leyen
-
ABŞ-nın NATO-dan çıxması ideyası güclənir - Hərbçilər Avropadan çıxarılır
-
“Heç kim mane olmasa, Putin Moldovaya, sonra isə Rumıniyaya daxil ola bilər” - Makron
-
Ramazan ayının üçüncü gününün duası - İmsak və iftar vaxtı
-
Avropa liderləri Zelenski üçün Londonda - FOTOLAR
-
Həmyerlilərini alçaldıb VİDEOya çəkən qardaşlar bəraət istəyirdi - Ali Məhkəmə qərar verdi
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
Sumqayıtda 81 yaşlı kişini öldürüb basdıran ustanın cəzası azaldıldı - SƏBƏB
-
“ABŞ administrasiyasının yeni xarici siyasət konfiqurasiyası Rusiya ilə üst-üstə düşür“ - Peskov
-
Bakıda xəstə daşıyan ambulans aşdı - Yaralılar var+Video
-
30 ildən çoxdur qəzalı vəziyyətdə olan bina hər an uça bilər - VİDEO
-
“AF Hotel”də dəhşətli cinayət: Uşaqlara film izlədib, qadını pəncərədən atıb
-
Binəqədidə ağac kəsintisi faktı aşkarlanıb - FOTOLAR
-
Türkiyədən Naxçıvana qaz ixrac ediləcək - Ərdoğan mərasimdə iştirak edəcək
-
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
-
Yeddi şagird imtahandan xaric edilib - Dövlət İmtahan Mərkəzi
-
Biləsuvarda silahlı insident: 42 yaşlı rayon sakini güllələnib
-
Azərbaycanın əksər bölgələrində güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Yanğında xəsarət alanların vəziyyəti ağırdır - TƏBİB
-
Ramazanda ən az və ən çox saat oruc tutan ölkələr - SİYAHI
-
Abşeron-Xızı Regional Təhsil İdarəsində yeyinti aşkarlandı - Müəllimlərə artıq dərs saatı yazılıb
-
“İsrail Qəzza zolağına humanitar yardımı dayandırıb“ - KİV
-
Britaniya ABŞ-ni Ukrayna ilə müzakirələri bərpa etməyə inandıra bilməyib - Bloomberg
-
Əmisi oğlunun pasportu ilə Bakıya uçan Arşad tutuldu - İspaniyaya niyə gedirmiş?
-
231 nömrəli məktəb direktorunun səsyazısı yayıldı -“Mənə dilənçi payı lazım deyil”+Video
-
Botoksdan zəhərlənmə necə baş verir? - VİDEO
-
“Tramp Zelenski ilə görüşdən sonra Venslə fəxr etdiyini bildirib“ - “The Wall Street Journal”
-
Zaqatalada qarın hündürlüyü bir metri keçib - FAKTİKİ HAVA
-
Qiymətlər yenidən sürətlə artmağa başlayıb - SƏBƏB NƏDİR?
-
Bakıda evdə partlayış, 5 nəfər xəsarət aldı - VİDEO
-
57 437 şagird buraxılış imtahanı verəcək - Bu gün
-
Böyük Britaniyanın Baş naziri Zelenskini belə qarşıladı - VİDEO
-
Azərbaycanda bəzi kəndlər birləşdirilə bilər - VİDEO
-
“Gözəllik salonlarından bezmişəm” - Renka
-
Ərdoğan ilk iftarını onlarla açdı - Fotolar
-
“Rutte Zelenskini Trampla münasibətləri bərpa etməyə çağırıb“ - KİV
-
“Avropa böyük və tarixi sınaq qarşısındadır“ - Çexiyanın Baş naziri
-
“Hədəfimizə çatmağımıza kimsə mane ola bilməyəcək” - Ərdoğan
-
Bakıda kafedə qumarxana: Obyekt sahibi saxlanıldı
-
Sumqayıtda avtobusda yanğın olub - VİDEO
-
Məhkəmə-Hüquq Şurası ilə MAA arasında memorandum imzalanıb - Fotolar
-
“Qəzzada atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlar aparılmır” - HƏMAS
-
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
-
Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
-
“Ermənistan buna görə dövlət səviyyəsində məsuliyyət daşıyır” - Hikmət Hacıyev
TOP 10
ARXİV