Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Növbəti onillikdə Azərbaycanda inflyasiya necə olacaq? - “Fitch”in proqnozu

Tarix 01.03.25, 15:18

Font ölçüsü : - / +
bitmap-img6


Növbəti onillikdə Azərbaycanda orta illik inflyasiya 5 %-dən aşağı səviyyədə qalacaq.

Bu barədə "Report” "Fitch Ratings” beynəlxalq reytinq agentliyinin törəmə şirkəti olan "Fitch Solutions”a (FS) istinadən xəbər verir.

"Son on ildə ölkədə orta inflyasiya səviyyəsi 5,5 % təşkil edib. Hazırda yüksək istehlak inflyasiyası ərzaq məhsullarının qiymətlərinin artması və qlobal təchizat zəncirlərini pozan Rusiya-Ukrayna müharibəsi ilə əlaqədardır. Bununla belə, qarşıdakı illərdə inflyasiya təzyiqlərinin tədricən azalacağı gözlənilir”, - FS-in hesabatında deyilir.

Bununla yanaşı, agentlik milli valyutanın məzənnəsinə ciddi təzyiq proqnozlaşdırmır, çünki o, neft və qazın satışından əldə edilən sabit ixrac gəlirləri ilə dəstəklənir. "Fitch Solutions” qeyd edir ki, uzunmüddətli perspektivdə inflyasiyanın orta səviyyəyə qayıdacağı və məzənnənin nisbətən sabit qalacağı gözlənilir.

FS-in proqnozuna görə, Azərbaycanda inflyasiya 2025-ci ildə 4 % olacaq, 2026-cı ildə 4,4 %-ə qədər sürətlənəcək, 2027-ci ildə isə 4,7 %-ə çatacaq.

Agentlik 2028-ci ildən inflyasiyanın yavaşlamasının yeni mərhələsinin başlayacağını və onun 4,4 %-ə düşəcəyini proqnozlaşdırır. 2029-cu ildə inflyasiya 2,7 %, 2030-cu ildə isə 1,7 % olacaq. Gələcəkdə istehlak qiymətlərinin artım tempi yavaşlamağa davam edəcək: 2031-ci ildə inflyasiya 1,6 %, 2032-ci ildə 1,3 %, 2033-cü ildə 0,7 %, 2034-cü ildə isə cəmi 0,1 % səviyyəsində proqnozlaşdırılır.

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən edilmiş hədəf inflyasiya diapazonu 4±2 % təşkil edir.

"Fitch Solutions” qeyd edir ki, AMB-nin qiymət sabitliyinin təmin edilməsində əsas aləti məzənnəyə nəzarət olaraq qalır. "2015-ci ildə Azərbaycanda neftin qiymətinin aşağı düşməsi fonunda manatın kəskin devalvasiyası ilə üzləşdiyi vəziyyətdən fərqli olaraq, indi tənzimləyici inflyasiyanı idarə etmək üçün daha dayanıqlı mövqedədir. Bununla belə, dollarlaşmanın yüksək səviyyəsi (bank depozitlərinin 48,4 %-i xarici valyutada ifadə olunur) pul siyasətinin effektivliyini azaldır ki, bu da uzunmüddətli təzyiqə səbəb ola bilər.

Bundan əlavə, AMB 2026-cı ilə qədər inflyasiya hədəflənməsinə keçidi nəzərdə tutan pul-kredit siyasətinin transformasiyası üzrə dördillik planı həyata keçirir. Bu, valyuta bazarında manatın məzənnəsinin daha çevik olmasına səbəb ola bilər”, - FS-in hesabatında deyilir.

Xatırladaq ki, Azərbaycanda ötən il orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvarında isə 5,4 % təşkil edib.



Xəbərin oxunma sayı : 1183




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap