Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Məhkəmə-Hüquq Şurasına geniş səlahiyyət verildi - Qanunda dəyişiklik

Tarix 28.02.25, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


Məhkəmə-Hüquq Şurasının hüquq və vəzifələri genişləndirilir.

AzFakt.com xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişikliklərin qüvvəyə minməsi ilə əlaqədar bəzi qanunlarında dəyişiklik layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının səlahiyyətinə hakimləri öz razılığı ilə 1 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına ezam etmək, zərurət olduqda, ezam edilmiş hakimin razılığı ilə ezam edilmə müddətini yenidən 1 ilədək uzatmaq, birinci instansiya məhkəməsinin hakimi öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya hakim vəzifəsi vakant olduqda, həmin məhkəməyə digər müvafiq məhkəmənin hakimini onun razılığı ilə 1 ilədək müddətə ezam etmək daxil edilir.

Bundan başqa Məhkəmə-Hüquq Şurası birinci instansiya məhkəmələrində sədr və sədr müavini öz vəzifələrini yerinə yetirə bilmədikdə və ya sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin müvəqqəti olaraq icrasını həmin məhkəmənin hakimlərindən birinə həvalə edə bilər.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılıb və bir oxunuşda qəbul olunub.



Xəbərin oxunma sayı : 661




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap