Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Torpağın qiymətləndirilməsi bələdiyyələrdən alınır - Üstünlükləri nədir

Tarix 01.03.25, 11:04

Font ölçüsü : - / +
bitmap-img6


Bələdiyyələrin artıq torpaq qiymətləndirmə səlahiyyəti olmayacaq.

AzFakt.com “Xəzər” TV-yə istinadla xəbər verir ki, torpaqların qiymətləndirilməsi və satışı ilə bağlı yeni qaydalar tətbiq ediləcək. Bununla bağlı Milli Məclisdə "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanuna uyğun olaraq bir sıra qanunlarda dəyişikliklər təklif edilib.
Millət vəkili Vüqar Bayramov bildirib ki, qanunda təklif edilən dəyişiklik bələdiyyələr tərəfindən hərraca çıxarılan torpaqların satışında şəffaflığı təmin etməkdir. Buna əsasən bələdiyyələr torpağın satışını yalnız qiymətləndiricilərin təyin etdiyi qiymət əsasında satışa çıxara biləcəklər.
Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bu proses torpaq sahələrinin qiymətində hər hansı dəyişikliyə səbəb olmayacaq. Lakin qiymətləndirici şirkətin ödənişini sifarişçi, yəni torpağı alan şəxs edəcək.
Qeyd edək ki, Layihəyə əsasən, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla müəyyən ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:





Xəbərin oxunma sayı : 532




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap