Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Sosial mənzil layihəsi ilə bağlı daha bir dələduzluq - Məhkəmə qərar verdi

Tarix 28.02.25, 17:44

Font ölçüsü : - / +
bitmap-img6


Qaynarinfo-nun sözlərinə görə, Bəhruz adlı şəxs qızı üçün sosial ev layhəsi çərçivəsində mənzil almaq isəyən Çingiz adlı vətəndaşa bu məsələdə kömək edəcəyini bildirib. Bunun müqabilində Çingizdən 35 000 manat alıb. 

Qeyd edək ki, Bəhruz Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqovun kürəkənidir. O, hətta bu məsələdə Qurban Sadıqovun adından istifadə edib və vaxt qazanmaq üçün pulları şöbə müdirinə verdiyini bildirib. 

Zərərçəkmiş aldadıldığını başa düşdükdən snra hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Bəhruz saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işinin məhkəmə istintaqı Sabunçu Rayon Məhkəməsində aparılıb. 

Məhkəmə zamanı məlum olub ki, Bəhruz dəymiş zərəri ödəyib və tərəflər arasında barışıq əldə olunub. Bu baxımdan, məhkəmə ona yüngül cəza təyin edib. 

Hakim Samirə Məmmədlinin çıxardığı hökmə əsasən, Bəhruz 6000 manat cərimələnib. Onun ibtidai istintaq müddətində həbsdə saxlanıldığı nəzərə alınaraq, üzərində qəti olaraq 4000 manat cərimə cəzası saxlanılıb. Eyni zamanda, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 



Xəbərin oxunma sayı : 754




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap