![]() |
|














Pərakəndə ticarət artır - ərzaq xərcləri əhalinin gəlirinin yarısını “yeyir”
Tarix 27.02.25, 14:51 |
|

Yeni ilin ilk ayında Azərbaycanda pərakəndə satış artıb: vətəndaşların ərzaq, geyim və spirtli içkilərə xərcləmələri, gözlənildiyi kimi, çoxalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvarında ölkənin pərakəndə satış şəbəkələri tərəfindən 4,8 milyard manatlıq məhsul satılıb. Bu məbləğə 2,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatlıq qeyri-ərzaq malları dövriyyəsi daxil olub. Ümumilikdə ticarət dövriyyəsi 3,7 faiz artıb. O cümlədən ərzaq, içkilər və tütün məmulatlarının dövriyyəsi 1,8 faiz artıb, qeyri-ərzaq malları üzrə isə bu göstərici 6 faizi ötüb.
Pərakəndə ticarətimizdə adambaşına düşən xərclər 473,5 manata, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarında 257,8 manata, qeyri-ərzaq məhsullarında isə 215,7 manata çatıb. Yanvarda istehlakçılar pərakəndə satış şəbəkələrinin ərzaq şöbələrində 2 milyard 406,2 milyon manat xərcləyiblər ki, bu da onların ümumi gəlirlərinin 49,7 faizinə bərabər olub. Ərzaq məhsulların çəkilən xərclərdə 2 faizlik artım qeydə alınıb.
Rəsmi statistika göstərir ki, 230,3 milyon manat olan içkilər və tütün məmulatları xərcləri istehlakçıların ümumi xərclərinin 4,7 faizini, 2 milyard 206,3 milyon manat təşkil edən qeyri-ərzaq xərcləri isə 45,6 faizini təşkil edib. Qeyri-ərzaq xərclərindən tekstil, geyim və ayaqqabı xərcləri ümumi xərclərin 14,5 faizinə bərabər olub. Xərc strukturunda benzin və dizel yanacağına 5,6 faiz, elektrik malları və mebelə 4,6 faiz, əczaçılıq və tibbi ləvazimatlara 2,3 faiz xərclənib.
Ölkənin yerli istehsalı daxili tələbatın az bir hissəsini təmin edir. Yanvar ayında Azərbaycanın emal sənayesində 1 milyard 748,9 milyon manatlıq məhsul istehsal edilib. O cümlədən 492,9 milyon manatlıq qida məhsulları (keçən ilin yanvarı ilə müqayisədə 24,7 faiz çox), 51,7 milyon manatlıq içki (26 faiz çox), 61,1 milyon manatlıq tütün məmulatları(35,5 faiz az) istehsal olunub.

Vüqar Bayramov
İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramovun fikrincə, içki və tütün məmulatlarına çəkilən xərclərin artması təhlükəli tendensiyadır: “Dövlət Statistika Komitəsinin pərakəndə ticarət üzrə təsnifatında alkoqollu içkilər deyil, içkilər və tütün məhsulları birlikdə götürüldüyü üçün spirtili içkilərə nə qədər vəsaitin xərcləndiyi tam aydınlaşmır. Amma aydındır ki, burada alkoqollu içkilər xüsusi paya malikdir. İçki və tütün məhsullarına xərclənən vəsaitin çoxalmaslna qiymət artımları təsir göstərsə də, istehlak həcmi də xüsusi paya malikdir. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər.
Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.5 litr olduğu halda, bunun 2030-cü ildə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də alkoqol və tütün məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır. Müqayisə üçün qeyd edək ki, spirtli içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsində payı Gürcüstanda 3.4, Türkiyədə 3.3, Özbəkistanda 3.2, Qazaxıstanda 2.4, Türkmənistanda 2.2 faizdir. İnkişaf etmiş ölkələrdən isə İtaliya 4.2, Kanada 3.7, Almaniya 3.5, Böyük Britaniya 3.4,Çində 3.0, Yaponiyada 2.7, ABŞ-da 2.0 faizə malikdir. Spirtli içki və siqaretə ən çox üstünlük verən dövlətlər isə Laos (10.8%), Serbiya (8.4%), Bosniya və Hersoqovina (8.3%), Çexiya (8.2%), Belarus (7.7%), Macarıstan (7.6%), İndoneziya (7.4%), Latviya (7.4%) və Rusiyadır (7.3%)".

Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli diqqəti əhalinin ərzaq məhsullarına çəkdiyi xərclərin ümumi xərcləmələrdəki payına yönəldir: “Azərbaycanda bu pay aşağı-yuxarı 49-50 faiz ətrafında dəyişir. Halbuki inkişaf etmiş ölkələrdə bu nisbət 12-20 faiz arasında dəyişir. 20 faizdən yuxarı hədd isə artıq kasıblıq kimi dəyərləndirilə bilər. Azərbaycanda maaşlar aşağı, ərzaq qiymətləri isə yüksəkdir. Bu da əhalinin gəlirlərinin böyük hissəsinin ərzaq məhsullarına xərclənməsinə, ərzaq xərclərinin ümumi xərcləmələrdə payının yüksək olmasına gətirib çıxarır”.
Ekspertin fikrincə, ərzaq xərclərinin əhalinin ümumi xərcləmələrindəki payını dünya ortalamasına endirmək üçün ilk növbədə gəlirlərin artırılması vacibdir: “Əhalinin gəliri çox olarsa, ərzaq xərclərinin onların tərkibində payı da az olar. Burada söhbət minimum təqaüd və əməkhaqlarının artırılmasından getmir. Əsas məsələ biznes şəraitinin yaxşılaşdırılmasıdır ki, insanlar özəl sektorda pul qazanmağa başlayıb, daha çox gəlir əldə etsinlər. Azərbaycanda üst-üstə toplasaq, az qala 4 milyona yaxın vətəndaş bu və ya digər formada büdcədən asılıdır. Təqaüdçüləri, muzdla çalışanları və müxtəlif növ sosial müavinətlər alan 1,9 milyon insanı nəzərə alsaq, bunu görə bilərik. Bu insanların az bir hissəsi istisna olmaqla, gəlirləri aşağıdır. Dövlət özəl sektorun inkişafını təmine etməlidir ki, daha çox vətəndaş yüksək əməkhaqqı ödəyən işlə təmin olunsun”.
Xəbərin oxunma sayı : 931
Hadisə
Xəbərlər
-
Türkiyədən Naxçıvana qaz ixrac ediləcək - Ərdoğan mərasimdə iştirak edəcək
-
Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
-
Yeddi şagird imtahandan xaric edilib - Dövlət İmtahan Mərkəzi
-
Biləsuvarda silahlı insident: 42 yaşlı rayon sakini güllələnib
-
Azərbaycanın əksər bölgələrində güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Yanğında xəsarət alanların vəziyyəti ağırdır - TƏBİB
-
Ramazanda ən az və ən çox saat oruc tutan ölkələr - SİYAHI
-
Abşeron-Xızı Regional Təhsil İdarəsində yeyinti aşkarlandı - Müəllimlərə artıq dərs saatı yazılıb
-
“İsrail Qəzza zolağına humanitar yardımı dayandırıb“ - KİV
-
Britaniya ABŞ-ni Ukrayna ilə müzakirələri bərpa etməyə inandıra bilməyib - Bloomberg
-
Əmisi oğlunun pasportu ilə Bakıya uçan Arşad tutuldu - İspaniyaya niyə gedirmiş?
-
231 nömrəli məktəb direktorunun səsyazısı yayıldı -“Mənə dilənçi payı lazım deyil”+Video
-
Botoksdan zəhərlənmə necə baş verir? - VİDEO
-
“Tramp Zelenski ilə görüşdən sonra Venslə fəxr etdiyini bildirib“ - “The Wall Street Journal”
-
Zaqatalada qarın hündürlüyü bir metri keçib - FAKTİKİ HAVA
-
Qiymətlər yenidən sürətlə artmağa başlayıb - SƏBƏB NƏDİR?
-
Bakıda evdə partlayış, 5 nəfər xəsarət aldı - VİDEO
-
57 437 şagird buraxılış imtahanı verəcək - Bu gün
-
Böyük Britaniyanın Baş naziri Zelenskini belə qarşıladı - VİDEO
-
Azərbaycanda bəzi kəndlər birləşdirilə bilər - VİDEO
-
“Gözəllik salonlarından bezmişəm” - Renka
-
Ərdoğan ilk iftarını onlarla açdı - Fotolar
-
“Rutte Zelenskini Trampla münasibətləri bərpa etməyə çağırıb“ - KİV
-
“Avropa böyük və tarixi sınaq qarşısındadır“ - Çexiyanın Baş naziri
-
“Hədəfimizə çatmağımıza kimsə mane ola bilməyəcək” - Ərdoğan
-
Bakıda kafedə qumarxana: Obyekt sahibi saxlanıldı
-
Sumqayıtda avtobusda yanğın olub - VİDEO
-
Məhkəmə-Hüquq Şurası ilə MAA arasında memorandum imzalanıb - Fotolar
-
“Qəzzada atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqlar aparılmır” - HƏMAS
-
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
-
Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
-
“Ermənistan buna görə dövlət səviyyəsində məsuliyyət daşıyır” - Hikmət Hacıyev
-
Zelenski Trampdan üzr istəməyəcək: “Günahkar mən deyiləm“
-
“Yeganə qalib Putin oldu“ - Finlandiya Prezidenti
-
Nataliya Əliyeva kimdir və nələri bilir? - VİDEO
-
Soğan alarkən bunlara diqqət edin - Məsləhətlər
-
Rusiya XİN-dən Zelenski haqda şok iddia: “Narkotik aslılığından əziyyət çəkməsi...“
-
Lənkəranda 10 kiloqram narkotik və tapança aşkarlandı - VİDEO
-
Vüsal Aslanovdan daha bir təyinat - Yeni sədr QSC-yə öz komandasını toplayır
-
Tramp-Zelenski qarşıdurmasından sonra kritik qərar - Ukraynaya maliyyə yardımı göstəriləcək
-
Fatimə Mövlamlı barəsində həbs qətimkan tədbiri seçildi - “Meydan TV işi“
-
Növbəti onillikdə Azərbaycanda inflyasiya necə olacaq? - “Fitch”in proqnozu
-
Bakının bu qəsəbəsində 2 aydır evləri su basır - VİDEO
-
Küçədə xuliqanlıq etdi - Evinə 1000 nəfəri qeydiyyata saldırdığı üzə çıxdı
-
“ABŞ üçün tam biabırçılıqdı idi...” – Senatorlar da Zelenskinin müdafiəsinə qalxdı
-
Daha bir mehmanxananın fəaliyyəti dayandırıldı - VİDEO
-
Bakıda məşhur restoranların fantastik iftar qiymətləri - SİYAHI
-
Məmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR
-
“Dərnəgül” yoluna alternativ çəkiləcək yeni yol nə vaxt hazır olacaq? - VİDEO
-
Sabah qar yağacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyevadan Ramazan ayı ilə bağlı paylaşım - FOTO
-
10 ildir psixi xəstə kimi qeydiyyatdadır: Özünün xəbəri yoxdur
-
Ermənistan-Türkiyə sərhədində yeni gəlişmə - Rusiya qoşunları bölgəni tərk edir
-
Martda neçə gün qeyri-iş günü olacaq?
-
İlham ƏIiyev “Barselona”nın prezidentini qəbul etdi - FOTO
-
Torpağın qiymətləndirilməsi bələdiyyələrdən alınır - Üstünlükləri nədir
-
Yas çadırı qurub geri qayıdırlarmış - Ölənlərin sayı 6-ya çatdı
-
“Zelenski Ağ Evdəki fiaskoya görə üzr istəməlidir“ - ABŞ dövlət katibi
-
Sosial şəbəkədə tələbə qızların adından saxta səhifələr açanlar kimlərdir? - VİDEO
-
Dağlıq rayonlarda 20 dərəcəyədək şaxta var - Faktiki hava
-
“Bizim üçün çətin olacaq...” - Zelenski
-
Polis qarlı havada vətəndaşlara belə kömək edir - Foto + Video
-
Ramazan ərəfəsində iftar və imsak menyularının qiymətləri - VİDEO
-
Azərbaycanda Ramazan ayı başlayıb - FOTO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
Messiyə penalti vurmağı Neymar öyrədib - Özü açıqladı
-
“Zelenski Amerika xalqının gözündə özünü məhv etdi“ - Mask
-
Bakıda yeni 10-cu mikrorayon harada salınacaq? - VİDEO
-
Azərbaycanın qeyri-neft sektoru üzrə 5 əsas ixrac ölkəsi - SİYAHI
-
Zelenski Trampla mübahisədən sonra Ağ Evi tərk edib - VİDEO
-
“Dünəndən Türkiyə terrorla mübarizəsində yeni mərhələyə başlayıb“ - Ərdoğan
-
“Putinə qarşı nifrəti göz qabağındadır” - Tramp şərt qoydu
-
Vəfa və Aysu Bakıda qanunsuz olduğu bildirlən obyektin açılışında - VİDEO
-
Ağ Evdə Tramla Zelinski arasında qalmaqal - Canlı yayımda mübahisə etdilər (VİDEO
-
“Naxçıvanın MR-in ümumi planı üzərində iş başa çatmaq üzrədir“ - Anar Quliyev
-
DSX 1 günə 13 tender elan etdi - Milyonlar ayrıldı
-
Ər-arvad metil spirtindən zəhərlənib öldü - Bakıda
-
“Sən demə kartofumuz yox imiş!” - Lukaşenko əsəbiləşdi
-
Tramp Ağ Evdə Zelenski ilə görüşdü - Saziş imzalayacaqlar
-
Xətai rayonunda daha bir sənədsiz obyekt tikilir - İcra hakimiyyəti susur
-
Bakıda maşından 124 min oğurlayan şəxs kameralara belə düşüb - VİDEO
-
Ramazan ayının ilk gününün duası - İmsak və iftar vaxtları
-
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
-
Həşərat və böcəkləri Rusiyaya 27 qəpiyə, ABŞ-yə isə 53 manata satırıq - Ölkələrin siyahısı
-
“Karvan 2002”nin satış müdiri 71 min mənimsəyib - Şirkət rəhbəri də dindirildi
-
Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alındı - Faktiki hava
-
“Trampın Rusiyanın tərəfini tutmasını eşitmək narahatedicidir“ - Kaya Kallas
-
Bu qurumun 1,4 milyon borcu var - Rəhbərinə “stop“ qoyulur
-
Mart ayında hava necə olacaq? - Milli Hidrometeorologiya Xidməti məlumatı
-
Sosial mənzil layihəsi ilə bağlı daha bir dələduzluq - Məhkəmə qərar verdi
-
Əmir Şirinbəylinin evindən 244 min manatlıq oğurluq edən qadına hökm oxunub - Zalda həbs edildi
-
“Ermənistan XİN-in bəyanatını rədd edirik“ - Azərbaycan XİN
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
Bu gün 7 planetin paradı olacaq - Bir də 15 il sonra görəcəyik
-
Tahir Məmmədov Arxitektura Komitəsinin sədrindən çox bilir? - “A-Frame“ qadağası...
-
Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür - Hikmət Mirzəyev kimdir? + VİDEO
-
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
-
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
-
Əli Əsədov İranda niyə rus dilində danışıb? - Rəsmi açıqlama
-
Bu 7 şəhərdə 200 lift quraşdırılacaq - SİYAHI
-
42 milyonun yarısı digər hesaba köçürüldü - “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
-
Sakinlərin evlərini zorla sökən “Orbita“ MTK-nın arxasında Ramin Əhmədov dayanır? - İDDİA
-
Bu il ixracdan ən çox gəlir götürən Azərbaycan şirkətləri - SİYAHI
-
Prezident subsidiya ilə bağlı fərman imzaladı - Möhlət 2 il artırıldı
-
7 milyon pul, başı yarılmış FTX zabiti - Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
-
Əriyən qar suları Şuşa şəhərciyində yolları keçilməz edir - VİDEO
-
Röya idman zalında belə məşq etdi - VİDEO
-
“Tibbi sığorta haqqında“ Qanuna dəyişiklik: GÜZƏŞT müddəti uzadıldı
-
Sabah Bakıda 8, rayonlarda 24 dərəcə şaxta olacaq - Xəbərdarlıq
-
“Zeyd” restoranı Bakının mərkəzində səkini belə zəbt edib - FOTOLAR
-
Ceyhun Bayramov Aİ rəsmisi ilə telefonda danışdı - Nələr müzakirə olunub?
-
Məhkəmə-Hüquq Şurasına geniş səlahiyyət verildi - Qanunda dəyişiklik
-
23 mindən artıq çoxuşaqlı ailə müavinət ala bilmir - Deputat qanunun dəyişdirilməsini təklif etdi
-
Tender prosesi ilə bağlı qaydalar dəyişdi - Nələr olacaq?
-
Dövlət Agentliyində yeni təyinat - Sədr özünə yeni müşavir götürüb
-
“Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır” - Starmer
-
Qvineya-Bisau Prezidentinin ölkəmizə səfəri başa çatdı - Fotolar
-
24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
-
Milli Məclisin iclası başlayıb: 16 məsələ müzakirə olunacaq
-
Aybəniz İsmayılovanın ADY-dəki qohumları – SİYAHI
TOP 10
ARXİV