Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

500 min manatlıq qalmaqal - Polis şirkət rəhbərini qandalladı

Tarix 27.02.25, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə investisiya şirkəti adı altında fəaliyyət göstərən “First Zenit Capital” səhifəsinin “Shopify” beynəlxalq elektron ticarət portalında dövr etdirmək vədi ilə müxtəlif şəxslərin pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub.

AzFakt.com DİN-ə istinadla bildirir ki, araşdırmalarla həmin şirkətin investisiya layihələri ilə məşğul olmadığı, elektron piramida dələduzluq sistemi əsasında fəaliyyət göstərdiyi və insanları ələ almaq məqsədi ilə yüksək məbləğdə qazanc vəd etdikləri müəyyən edilib:

"Bu məqsədlə sosial şəbəkələrdə mütəmadi olaraq “First Zenit Capital” şirkətinin reklamları paylaşılıb şirnikləndirici elanlar yerləşdirilib. Əməliyyat zamanı həmin şirkətin təsisci-direktoru Kərim Bəşirzadə və onunla birgə bu qanunsuz əməlləri törədən Taleh Əlizadə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların bu yolla zərərçəkənlərin 500 min manata yaxın pulunu ələ keçirdikləri məlum olub.

Saxlanılan şəxslərdən dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartları və digər elektron sübutlar aşkarlanaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. K.Bəşirzadə və T.Əlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki tədbirlər davam etdirilir. “First Zenit Capital” şirkətinin qanunsuz fəaliyyətindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polis orqanlarına müraciət edə bilərlər.

Sonda bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşdıqları və iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən tətbiqlərə inanmamağa çağırırıq".





Xəbərin oxunma sayı : 931




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap