Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu

Tarix 28.02.25, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda hotelin seyfindən oğurluq edən müştəri ilə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, 1985-ci ildə İsmayıllı şəhərində doğulmuş F.L. həyat yoldaşı və övladlarını iki aylıq rayona istirahətə göndərib. 

F.L. ailəsi rayonda olduğu müddətdə günlərini xoş keçirmək üçün Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 112 ünvanında yerləşən məşhur oteldə otaq bron edib. 

İki ayını oteldə keçirən F.L. sonuncu günü çox içki qəbul edib. Elə həmin gün otelin pul seyfinin açıq olduğunu görüb və ordan 2400 manat pul götürüb. Ayıldıqdan sonra polis tərəfindən saxlanılan F.L. barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb və iş məhkəməyə göndərilib.

Məhkəmədə F.L. içkili olduğu üçün hadisəni törətdiyini etiraf edib və otelə dəyən zərəri qaytardığını bildirib. 

Məhkəmənin qərarı ilə F.L.-ya 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalında həbs olunub. 



Xəbərin oxunma sayı : 787




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap