Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır” - Starmer

Tarix 28.02.25, 11:47

Font ölçüsü : - / +
bitmap-img6


“Böyük Britaniya hökuməti münaqişənin həlli çərçivəsində Ukraynada sülhün təmin edilməsi üçün quru və hava qoşunlarını göndərməyə hazırdır”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla birgə mətbuat konfransında bildirib.
Eyni zamanda o qeyd edib ki, Böyük Britaniya və ABŞ münaqişənin həlli məqsədi ilə Ukraynadakı Avropa hərbi kontingenti üçün Amerikanın təhlükəsizlik təminatlarını müzakirə etməyə davam edəcəklər.
Starmer vurğulayıb ki, o, Ukrayna ilə bağlı “yaxşı razılaşma əldə etmək” üçün Trampla işləmək niyyətindədir.
“Biz bu gün sərt və ədalətli olacaq sülh planını müzakirə etdik”, - baş nazir əlavə edib.
O, Trampın vəzifəyə gəlişi ilə Ukraynada və bütün dünyada yaxşı qarşılanacaq tarixi sülh razılaşmasına nail olmaq fürsətinin olduğuna diqqət çəkib.
Britaniya hökumətinin başçısı, həmçinin xatırladıb ki, 2025-ci ildə London Kiyevə ən böyük maliyyə yardımı paketi verəcək. Sözügedən məbləğ 4,5 milyard funt sterlinqdir (5,7 milyard dollar), bunun 3 milyard funt-sterlinqi müdafiə büdcəsindən, digər 1,5 milyard funt-sterlinq isə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərdən istifadə etməklə kredit kimi veriləcək.



Xəbərin oxunma sayı : 802




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap