Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“Yeganə qalib Putin oldu“ - Finlandiya Prezidenti

Tarix 01.03.25, 18:32

Font ölçüsü : - / +
bitmap-img6


Ağ Evdə 28 fevral hadisələrinin yeganə qalibi Rusiya Prezidenti Vladimir Putin oldu.

“Report” “Yle”yə istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb Donald Tramp və Volodimir Zelenski arasında açıq mübahisəyə çevrilən görüşü şərh edərkən deyib.

“Bu, diplomatik uğursuzluq idi və yekunda yalnız bir qalib oldu, o, heç orada deyildi. Bu, Vladimir Putindir”, - Stubb “Ykkösaamu” teleproqramında bildirib.

Stubb Ağ Evdə baş verənləri “kədərli” və “tarixi” adlandırıb.

“Bütün yetkin həyatım boyu beynəlxalq siyasət və diplomatiya ilə məşğul olmuşam və heç vaxt ictimaiyyət arasında belə bir şey görməmişəm. Bağlı qapılar arxasında hər cür müzakirələr aparılır, lakin cümə günü kameralar qarşısında baş verən hadisələr çox nadir görülənlərdəndir”, - o əlavə edib.

Stubbın sözlərinə görə, Finlandiya sülhə nail olmaq üçün ilkin plan hazırlayıb, bu plan üç mərhələdən ibarətdir və birinci mərhələyə Ukraynanın hərbi, siyasi və iqtisadi cəhətdən güclənməsi, eləcə də Rusiyaya maksimum təzyiq göstərilməsi daxildir.

“Ukrayna təhlükəsizlik məsələlərində aparıcı rol oynamalı, eyni zamanda Avropa və ABŞ-nin dəstəyi ilə hərəkət etməlidir”, - Stubb deyib.

O, danışıqların Pasxa bayramına qədər davam edəcəyini düşündüyünü, Avropanın bu prosesin uğurla həyata keçirilməsi üçün məsuliyyət daşımalı olduğunu vurğulayıb.



Xəbərin oxunma sayı : 319




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap