Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“ABŞ administrasiyasının yeni xarici siyasət konfiqurasiyası Rusiya ilə üst-üstə düşür“ - Peskov

Tarix 02.03.25, 18:23

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya ilə ABŞ arasında münasibətlərin bərpası yolu hər iki ölkənin liderləri - Vladimir Putin və Donald Trampın siyasi iradəsi olarsa, sürətləndirilə bilər.

“Report”un məlumatına görə, bunu "Rossiya-1" telekanalının "Moskva Putin" proqramında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“İndi dialoqa getmək, bütün münasibətləri yaxşılaşdırmaq üçün cəhdlər edilir. Qarşıda çox yol var. Çünki ikitərəfli münasibətlərin bütün kompleksinə çox böyük ziyan dəyib. Amma iki liderin – prezident Putinin və prezident Trampın siyasi iradəsi qorunub saxlanılarsa, onda bu mərhələdən kifayət qədər tez və uğurla keçmək olar”, - Kreml nümayəndəsi bildirib.

Peskov əlavə edib ki, ABŞ administrasiyasının yeni xarici siyasət konfiqurasiyası əsasən Rusiya ilə üst-üstə düşür.

Qeyd edək ki, fevralın 18-də Ər-Riyadda, fevralın 27-də isə İstanbulda Moskva və Vaşinqton nümayəndələri arasında Rusiya və ABŞ səfirliklərinin işinin normallaşdırılmasına, ümumilikdə diplomatik əlaqələrin bərpasına yönəlmiş danışıqlar aparılıb.



Xəbərin oxunma sayı : 238




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap