Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

““Poz,qazan”, “Topaz”, “misli.az” kimi oyunlar bir qrup şəxsin varlanmasına hesablanmış layihələrdir” - Deputat

Tarix 17.06.22, 16:17

Font ölçüsü : - / +
bitmap-img6


“90-cı illərin əvvəllərində Bakıda çoxsaylı kazinolar, yüksək faizlə dividentlər vəd verməklə, əhalinin pullarını mənimsəyən maliyyə piramidaları at oynadırdı”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib. Deputat əlavə edib ki, onların fəaliyyəti cəmiyyət tərəfindən olduqca narazılıqla qarşılanırdı.

“Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə həmin obyektlər bağlandı və minlərlə ailələrin dağılmasının qarşısı alındı. “Poz,qazan”, “Topaz”, “misli.az” kimi oyunlar bir qrup şəxsin varlanmasına hesablanmış layihələrdir.

Sadəlövh vətəndaşlar, ələlxüsus asan gəlir götürmək üçün xəyallar quran gənclər bəxtlərini sınamaq üçün bu oyunlara baş vurur və bir neçə dəfə oynadıqdan sonra proses vərdişə çevrilir. Məşhur filmdə deyildiyi kimi, “bir növ adətkarda olurlar”. Beləliklə asılılıq yaranır. Varlanmaq ümidləri puça çıxır. Bu da bir çox ailələrin faciəsinə səbəb olur”.

N.Məhəmməliyev qeyd edib ki, bu tipli oyunlar dövlətin ciddi nəzarəti altında aparılmalıdır:

“Çünki, mümkün mübahisəli məsələlərin həlli dövlət orqanları tərəfindən qanunvericiliyə və milli-mənəvi dəyərlərimizə uyğun həllini tapmalıdır. Şəffaflıq prinsipləri qorunmalı, uduş fondu beynəlxalq normalara uyğun olmalı, əldə olunan gəlir cəmiyyətin inkişafına xidmət etməlidir”.



Xəbərin oxunma sayı : 1180




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap