“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“İran dövləti məsuliyyət daşıyır“ - Hacı Şahin

Tarix 30.01.23, 13:55

Font ölçüsü : - / +
bitmap-img6


"İran dövləti məsuliyyət daşıyır".

"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu şərh edərkən deyib.

O xatırladıb ki, xarici ölkə ərazisində olan səfirliklərimiz Azərbaycan ərazisi sayılır:

"Yəni igidimiz torpağımızı qorumaq uğrunda şəhadətə qovuşdu. Dua edirik ki, şəhidimiz Allah qatında ən uca məqamlara çatsın. Mənə bu səadət nəsib oldu ki, şəhidimizin cənazə namazını qıldım. Heç şübhəsiz ki, bu hadisə həm də Azərbaycan xalqının hiddətinə səbəb olub. Bu hadisə ümumiyyətlə nadir görünən hadisədir. Buna görə də İran dövləti məsuliyyət daşıyır. Çünki onun ərazisində olan səfirliklərin və elçilərin qorunması həm beynəlxalq hüquqla vəzifədir, həm də dini vəzifədir. Azərbaycan xalqı hadisənin hərtərəfli araşdırılmasını və cinayətkarın layiqli cəzasına çatmasını tələb edir".

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri Bakıya təxliyə olunub. Diplomatik nümayəndəliyin fəaliyyəti tam dayandırılıb.



Xəbərin oxunma sayı : 502




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap