“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“İran Nətənz nüvə obyektindən daha yaxşısını tikəcək“ - Pezeşkian

Tarix 20.09.25, 19:07

Font ölçüsü : - / +
bitmap-img6


İran Nətənz nüvə obyektindən daha yaxşısını tikəcək.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian BMT Təhlükəsizlik Şurasında İslam Respublikasına qarşı qəbul edilmiş sanksiyanıən bərpası ilə bağlı qərarla bağlı danışarkən bildirib.

"Qərb İranı dayandıra bilməz; onlar Nətənzdə bizə zərbə vururlar, ancaq bilmirlər ki, məhz bu insanlar Nətənzi qurur və daha da yaxşısını tikəcəklər",- o vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp 2025-ci il iyunun 22-də bildirdi ki, ölkəsinin Hərbi Hava Qüvvələri və ABŞ Hərbi Donanması İrandakı bir çox nüvə obyektlərinə, o cümlədən Fordo uran zənginləşdirmə müəssisəsi, Nətənz nüvə obyekti və İsfahandakı qeyri-müəyyən ərazini bombalayıb. Bu hücumda "Northrop B-2 Spirit" gizli bombardmançılarının daşıdığı onlarla 30 min funtluq "GBU-57A/B MOP" bombalarından, həmçinin sualtı qayıqlardan atılan "Tomahawk"lardan istifadə edib.

Qeyd edək ki, sentyabrın 19-da BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların yenidən tətbiqinə dair qətnamə qəbul olunub. ABŞ daxil olmaqla altı ölkə sənədin lehinə, Çin, Rusiya və Pakistan isə əleyhinə səs verib.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi yerli telekanallardan birinə müsahibəsində söyləyib ki, İran AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) ilə Misirin paytaxtı Qahirədə əldə etdiyi razılaşmanı BMT sanksiyaları qüvvəyə minəndən sonra etibarsız sayacaq.

BMT Təhlükəsizlk Şurasının qəbul etdiyi qətnamə isə sentyabrın 27-dən sonra qüvvəyə minə bilər. Bu hadisənin baş verməməsi üçün İslam Respublikası Avropa "üçlüyü"nün (Böyük Britaniya, Almaniya, Fransa) irəli sürdüyü üç şərti (ABŞ ilə danışıqlara başlamaq, nüvə fəaliyyətini dayandırmaq, zənginləşdirdiyi uranın saxlanıldığı yer barədə məlumat vermək) qəbul etməlidir.



Xəbərin oxunma sayı : 172




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap