![]() |
|














Yenitikililərin həllini tapmayan problemi: “Cərimələr tətbiq edilməlidir“
Tarix 20.09.25, 23:40 |
|

Ali Məhkəmənin Mülki kollegiyası çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətin tətbiq olunması qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Məlumata əsasən, məhkəmə mübahisəsi cavabdeh MMC ilə çoxmənzilli yaşayış binasının sakinləri arasında bağlanmış xidmət müqavilələrindən irəli gəlib. Həmin müqavilələrə görə, MMC binanın idarə olunması, istismarı və sakinlərə kommunal xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb. Sakinlərdən bir neçəsi xidmət haqqını ödəməməsi səbəbilə MMC tərəfindən liftdən istifadə kartlarının deaktiv olunmasının qadağan edilməsi barədə iddia qaldırıb. Ali Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olub ki, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətində olmaqla, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə məruz qala bilər.
Beləliklə, Ali Məhkəmə liftdən istifadənin fundamental bir hüquq olduğunu təsdiqləyib və bunun yalnız kollektiv razılıq və ya müqavilə ilə məhdudlaşdırıla biləcəyini açıq şəkildə bəyan edib. Yeni tikililərdə yığım məsələsi aktual problemlərdəndir. Sakinlərin bir qismi xidmət haqlarının ödənilməsindən yayınır, üstəlik onlara qarşı təzyiq metodları da yoxdur. Bəs yeni tikililərin bu problemi necə həll olmalıdır?
Əmlak eksperti Firdovsi Xəlilov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, bu, çox ağrılı və ciddi problemlərdən biridir: "Təəssüf ki, müvafiq dövlət orqanlarının bu məsələlərin həllində nəinki maraqlı olduqları görünmür, hətta bu barədə düşünmədikləri belə hiss olunur. Gəlin, problemin miqyasını daha aydın göstərmək üçün konkret bir misalla yanaşaq. Tutaq ki, 12 mərtəbəli bir binamız var. Hər mərtəbədə bir blokda dörd mənzil yerləşir və hər biri 80 kvadratmetrdir. Bu zaman ümumilikdə 3840 kvadratmetr yaşayış sahəsi əldə edirik. Əgər kvadratmetrə görə aylıq ödəniş 40 qəpikdir və bu binada yaşayan sakinlər vaxtında ödəniş edir, bu halda ideal yığım cəmi 1536 manat təşkil edir. Binada dörd blok varsa, ən azı iki nəfər təmizlikçi çalışmalıdır. Onların maaşı və DSMF ödənişləri ilə birlikdə bu, təxminən 1000 manata yaxın edir. Üstəlik, bir komendantın maaşı da təxminən 800 manatdır. Liftlər elektrik enerjisi ilə işləyir, nasazlıqlar istisna olunmur. Binada su təzyiqli gəlməsi üçün çənlər, nasoslar istifadə olunur ki, bu da əlavə elektrik xərcləridir. Beləliklə, hətta bütün sakinlər ödəniş etsə belə, toplanan məbləğ bəzən sadəcə minimal xərcləri qarşılayır. Əksər hallarda ödənişlər ya gecikir, ya da ümumiyyətlə həyata keçirilmir. Bu isə idarəedici təşkilatları çıxılmaz vəziyyətdə qoyur”.
Problemdən çıxış yoluna gəldikdə isə, əmlak eksperti bildirir ki, məbləğlərin ödənilməsi məcburi olmalı, cərimələr tətbiq edilməlidir: "Qiymətləndirmə institutlarının iştirakı ilə rəsmi mexanizm yaradılmalıdır. Məsələn, Qiymətləndiricilər Assosiasiyasının ekspertləri konkret bina üzrə blokların amortizasiya və aylıq xidmət xərclərini hesablayaraq vahid ödəniş modeli təklif edə bilərlər. Bu model Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənərsə, həmin məbləğlər rəsmi şəkildə tətbiq olunmalı və ödənilməsi məcburi olmalıdır. Burada məsələ yalnız vətəndaşların məsuliyyətsizliyində deyil, eyni zamanda idarəedicilərin də şəffaf və effektiv işləməməsindədir. Yəni necə ki, dövlət qurumlarına ödənişlər (vergi, elektrik, su, cərimə və s.) gecikdirildikdə vətəndaş dəbbə pulu və əlavə məsuliyyət daşıyır, eyni qayda bu sahəyə də şamil olunmalıdır. Ödənişdən yayınanlara qarşı hüquqi tədbir görülməsi üçün qanuni əsas yaradılmalı, idarəedicilər də öz növbəsində keyfiyyətli və şəffaf xidmətə görə məsuliyyət daşımalıdırlar. Təcrübədə sakinlərin öz aralarında qurduğu idarəetmələr də uğursuz nəticələnir. Xərclər çox yüksəkdir. Məsələn, liftin bir platasının dəyişdirilməsi 1000-1500 manat, elektrik sistemlərinin saxlanması, təmizlik, lampaların dəyişdirilməsi və digər xərclər ayda ciddi vəsait tələb edir”.
İnşaat eksperti Elnur Azadov isə deyir ki, əksər hallarda vətəndaş narazı olduğu üçün xidməthaqqını ödəmir: "Ədalətli yanaşma ilə baxdıqda, aydın olur ki, sakinlərin xidmət haqqı ödəməməsinin səbəbləri sadəcə məsuliyyətsizlik deyil. Əksinə, bu narazılığın kökündə idarəetmədəki özbaşınalıq, xüsusilə komendant rüsumları və xidmətlərin qeyri-şəffaf təqdimatı dayanır. Ölkədə çoxmənzilli binaların böyük əksəriyyətində bu cür idarəetmə özbaşınalığı müşahidə olunur. Vətəndaşların əksəriyyəti yalnız idarəetmədən məmnun olduqları halda ödəniş edirlər. Amma xidmətlər qeyri-peşəkar şəkildə həyata keçirilirsə, xidməthaqqından imtina edirlər”.
Həmsöhbətimiz bildirir ki, hazırda əhalinin təxminən, 10 faizə yaxını çoxmənzilli binalarda xidməthaqları ilə bağlı ciddi problemlərlə üzləşir. Mütəxəssis düşünür ki, problemin həll yolu ictimai maarifləndirmədən keçir: "Yaşayış komplekslərində mülkiyyətçilər tərəfindən mütləq qaydada müştərək cəmiyyətlər yaradılmalıdır. Bu cəmiyyətlər üç idarəetmə formasından birini seçməklə öz binalarını qanuni və şəffaf şəkildə idarə edə bilərlər. Təəssüflər olsun ki, əhalinin böyük bir qismi bu mexanizmdən xəbərsizdir. Bəziləri elə düşünür ki, bir dəfə seçilən sədr artıq daimi və dəyişməz şəxsdir. Halbuki qanunla istənilən vaxt ümumi yığıncaq çağırmaq, sədrdən hesabat tələb etmək və ya onu dəyişdirmək mümkündür. Bu sahədə real dəyişiklik üçün texnoloji yanaşmaya ehtiyac var. Ölkədə vahid rəqəmsal platforma yaradılmalı, burada dövlət nəzarət mexanizmi tətbiq edilməlidir. Vətəndaşlar ASAN Xidmət və ya rəqəmsal imza vasitəsilə həmin platformaya daxil olaraq öz binaları ilə bağlı səsvermə hüququ əldə etməlidirlər. Bu platforma çoxmənzilli binaların idarə olunmasında şəffaflığı və hesabatlılığı təmin etməklə yanaşı, idarəedicilər və sakinlər arasında qarşılıqlı etimadı da gücləndirəcək”.
Xəbərin oxunma sayı : 316
Sosial
Xəbərlər
-
Xalq artisti görnüşü ilə göz qamaşdırdı - FOTOLAR
-
Yenitikililərin həllini tapmayan problemi: “Cərimələr tətbiq edilməlidir“
-
Azərbaycanda elektrikli avtomobillərə tələbat artır - İdxal rekordu
-
Zidanın oğlu Əlcəzair millisində çıxış edəcək - Vətəndaşlığını dəyişdi
-
“Kartdan-karta“ dövrü geri qayıdır - Bəzi POS-terminallar niyə işləmir?
-
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində yeni TƏYİNAT
-
Xəzər dənizi ilə bağlı təhlükə: Ən güclü fırtınalar bu zonada baş verir
-
Mehdiyevin şirkətinə 3,4 milyon manat ayrıldı - Xocalıda bir sıra evləri təmir edəcək
-
Binəqədidə yolun qazılması sakinlərə çətinlik yaradır - VİDEO
-
“Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO
-
Gecikmiş kreditə nə qədər və hansı müddətdə cərimə tətbiq edilə bilər? - VİDEO
-
Rusiya parlamentinin sədri miqrantlara səsləndi: “Ailələrinizi gətirməyin“
-
Məktəbdə bufet qalmaqalı: Uşaqlar bir həftədir yeməksiz qalıblar
-
Kərim Vəliyev Belqradda hərbi paradda - FOTOLAR
-
NASA-dan sensasion açıqlama - Dünya qaranlığa qərq ola bilər
-
Goranboyda 36 yaşlı qadın öldürülüb - Əri saxlanıldı
-
“İran Nətənz nüvə obyektindən daha yaxşısını tikəcək“ - Pezeşkian
-
Erməni nazir ABŞ-a dəvət olunub - “Tramp yolu“nu müzakirə etmək üçün
-
Adnan Əhmədzadə DTX-də sorğu-sual altında - Hansı sirlər açılacaq?
-
Qusarda sərxoş çoban həmkəndlisinin boğazını kəsdi - Dəhşətli cinayətin TƏFƏRRÜATI
-
Naxçıvanda avtobus dərəyə aşdı: 15-dən çox yaralı var
-
TƏBİB sədrindən təyinat: Bu xanıma direktor vəzifəsi verdi
-
Əməkdar artistə hökm oxundu: Direktor olduğu dövrdə pulları mənimsəyibmiş...
-
Bakıda məşhur bazar plana düşdü - Söküləcək
-
İki nəfərdə 6 kq marixuana aşkarlanıb - VİDEO
-
Prezidentlər təkbətək və geniş tərkibdə görüşdü - FOTO
-
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
-
“Formula 1“ daha 5 il Azərbaycanda keçiriləcək - Müqavilə uzadıldı
-
“Boşanma həddinə çatmışdıq“ - Xuraman Şuşalı
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
“Qarabağ“ ilk oyunu “Azersun Arena“da keçirəcək - Təqvim dəyişdi
-
Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi - İşə DTX baxır
-
Daşınmaz əmlakın məcburi sığortalanması sənədsiz evlərə də aid olacaq? - VİDEO
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Fotolar
-
Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO
-
Qənimət Zahid Baş Prokurorluğa çağırıldı - Barəsində axtarış elan olunub
-
“Azərbaycan Dəmir Yolları“nda növbəti skandal: bütün kasssirlər vəzifədən azad edilib
-
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
-
Xətai icra hakimiyyəti içərisində yaşayış olan 10-dan çox evi söküb - Video
-
Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə
-
Ruanda Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət etdi - FOTO
-
Qazax səhiyyəsi son 8 ildə: həkim və tibb işçiləri, xəstəxanada yerlər azalıb
-
Mehriban Əliyeva Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım etdi - FOTO
-
Rusiya Ukraynaya 40 qanadlı və ballistik raket, 580 dron atıb - Zelenski
-
“Yadplanetlilər okeanların dərinliklərində yaşayırlar“ -Amerikalı konqresmen
-
Bu ərazilərə leysan yağır, güclü külək əsir - FAKTİKİ HAVA
-
Gecikdirdiyimiz kreditlər üçün nə qədər cərimələnə bilərik? - ŞƏRH
-
İsraillə razılaşma Suriyanın İbrahim sazişinə qoşulması demək deyil - Əş-Şaraa
-
Azərbaycan Qran-prisində ikinci günə start veriləcək - “Formula 1“
-
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
Xaçmaz rayonunda qətl törədildi - Qazi saxlanıldı
-
Prezidentdən Dövlət Suverenliyi Günü paylaşımı - VİDEO
-
İş adamı Adnan Əhmədzadə həbs olunub? - Neft fırıldağı iddiası
-
Tramp Ərdoğanı Ağ Evə dəvət etdi - “Böyük sövdələşmə” gündəmdə
-
Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür
-
21 min əhalinin yaşadığı yolda təmir işləri niyə yarımçıq qalıb? - VİDEO
-
Şəmkirdə şagirdlər sinifdə ayaq üstə təhsil alırlar - ŞİKAYƏT /VİDEO
-
Aİ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır - “Kranı bağlamağın vaxtıdır”
-
“Instagram”da danışdığı qadını şəkli ilə şantaj etdi - HƏBS OLUNDU
-
Ödənişli hərəkət zonaları necə təşkil ediləcək? - VİDEO
-
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Bakıya gəldi - Forumda iştirak edəcək
-
Nüvə potensialımız Səudiyyə Ərəbistanı üçün əlçatan olacaq - Pakistan
-
Yas mərasiminə dəvətnamə göndərilməsi: Bu kimə lazımdır?
-
“Bir milyondan çox insan Qəzzadan didərgin düşüb” - BMT
-
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarıldı - VİDEO
-
Trampla xanımını daşıyan helikopterdə nasazlıq - Təcili eniş etdilər
-
“Relax“da yoxlama: Maliyyə sanksiyası tətbiq edildi
-
“O qanuna bir bəndin daxil edilməsi zəhmətdir?” - Şəhid xanımından təklif
-
“Atəşkəslə bağlı danışıqlar aparılmır“ - Rustem Umerov
-
Təbiətə 165 minlik ziyan vurdular - Bir həftədə
-
Bakıda ödənişli yollar yaradılacaq - FƏRMAN
-
Fərid Əhmədov vətəndaşları qəbul etdi - Naxçıvanda
-
Prezident İlham Əliyev Yəhudi icmasını təbrik edib - MƏTN
-
Dələduzluq etdi, həbsdən çıxmaq istədi - Özü də dələduzluğun qurbanı oldu
-
“İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradıldı - Fərman
-
Nazirlik bu şirkətdən 158 milyon manatlıq noutbuk və kompüter alıb - Son 4 ildə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda yeni trend: Yas mərasimləri üçün də dəvətnamələr hazırlanır
-
“Qarabağ”ın qələbə topunu vurduqdan sonra döyməsi ilə gündəm oldu - FOTO
-
Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
-
Azərbaycan 14 fələstinli tələbəni Qəzzadan təxliyə etdi - Fotolar
-
Kreml Trampı manipulyasiya edir - ISW-nin hesabatı
-
Türkanı qətlə yetirən əri cəzasını Türkiyədə çəkmək istəyir? - Rəsmi cavab
-
Bakıdakı yarışda qəza oldu, fasilə yarandı - FOTOLAR
-
Aeroportdakı taksi tarifləri ilə bağlı araşdırma başlanıldı - Rəsmi
-
804 magistr ödənişsiz təhsil alacaq - RƏSMİ
-
KTN-nin səlahiyyəti genişləndi - Əli Əsədovdan qərar
-
Azərbaycanda “iPhone 17”nin satış qiymətləri - SİYAHI
-
“İsrailə qarşı daha sərt qərarlar qəbul edilmişdi“ - Hakan Fidan
-
Dağlıq ərazilərdə qar yağacaq - Sabahın havası
-
Kafe və restoranlarda yemək porsiyaları niyə azalır? - VİDEO
-
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
-
Bu uşaqlara birdəfəlik müavinət veriləcək - 2600 manat
-
“Putin Ukraynanın kapitulyasiyası ilə nəticələnməyən sülhü istəmir“ - MI6 rəhbəri
-
Kamran Əliyev əməliyyat müşavirəsi keçirdi - Naxçıvanda
-
Belə maşınlarla yola çıxmayın - Sürücülərə xəbərdarlıq
-
Mehdiabadda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
-
Aeroportdan şəhərə taksi qiymətləri iki dəfə bahalaşıb? - VİDEO
-
Bakıdakı 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı iddia olunur - VİDEO
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü: Zəfər yolunun rəmzi
-
Lənkəranda məktəbə gedən bacı-qardaşı maşın vurdu - Fotolar
-
Azərbaycan hibrid avtomobillərin və elektromobillərin idxalı dayandırılıb? - VİDEO
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Arda Gülər üçün 150 milyon - “Real Madrid“ “yox“ dedi
-
Pokrovskda rus ordusu məhv edildi - 2500 itki, 100-dən çox əsir
-
Ceyhun Bayramov AK komissarı ilə bölgədəki vəziyyəti müzakirə etdi - Fotolar
-
“Pul almışam, yaxşı eləmişəm” - Direktorun səs yazısı yayıldı + VİDEO
-
“Benfika” mənim səviyyəmə qayıdışdır” - Mourinyo
-
Millət vəkili istefa verdi - Bu federasiyanın bütün rəhbər heyəti getdi
-
Ərdoğandan sərt mesaj: “Bu planları pozacağıq“
-
Bu məktəblərdə şagirdlər universitetə pulsuz hazırlaşacaqlar - SİYAHI
-
Maşın bazarında durğunluq:Səbəb nədir? - VİDEO
-
“Fələstin dövlətinin tanınması mühümdür“ - Starmerdən Trampa
-
Buraxılış imtahanında yeni növ suallar olacaq - Detallar açıqlandı
-
Məni agent adlandırmaq cəfəngiyyatdır - Paşinyan
-
Dövlətçilik tariximizin şanlı qürur səhifəsi
-
Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Baş prokuror Naxçıvanda qəbul keçirdi - Fotolar
-
Professorun ölkədən çıxışına “stop“ qoyuldu - SƏBƏB
TOP 10
ARXİV