“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü: Zəfər yolunun rəmzi

Tarix 19.09.25, 8:24

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın Zəfər qələbəsi yalnız beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyümüzün bərpası ilə yekunlaşmadı. Böyük Qələbəmiz həm də yeni qürur tariximizin başlanğıcı oldu. Məhz Vətən Müharibəsindəki Zəfərdən sonra sonra təqvimdə faciə və işğal tarixləri qələbə və uğur tarixləri ilə əvəz olundu.
      
Prezident İlham Əliyevin sərəncamı ilə 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü elan olunması da belə bir qürur tarixidir. Bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.
      
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad bu uğurun zirvə nöqtəsi idi. İndi əsas hədəf 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılıb yerlə-yeksan edilən ərazilərimizin yenidən qurulması və bərpasıdır.
      
Azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına hədəflənib. Qısa müddətdə Xankəndi ölkənin əsas şəhərlərindən birinə çevrilib, burda Qarabağ Universiteti artıq ikinci tədris ilinə başlayıb, Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu fəaliyyətə başlayıb.
      
Eyni zamanda qısa müddətdə Xocalı, Xocavənd və Ağdərəyə insanlar qayıdıb, burda məskunlaşmaya start verilib. Ölkə rəhbərinin bu bölgəyə son səfərində yurd yerinə qayıdan insanlarımızla görüşlərində də bu faktor önə çəkildi.
      
Prezident bildirdi ki, bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik. Onlar şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq. Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması gücümüzü, niyyətimizi göstərir.
      
Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezidentin sakinlər ilə görüşü tarixi Zəfərimizə, suverenliyimizin tam bərpasına gedən yolun, azad edilmiş torpaqlarda görülən işlərin təqdimatı oldu.

Anar Xəlilov



Xəbərin oxunma sayı : 277




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap