“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bakıda xanım alimin yaşı 9 il kiçildildi - Məhkəmə qərarı

Tarix 18.09.25, 16:28

Font ölçüsü : - / +
bitmap-img6


Səhvən şəxsiyyət vəsiqəsində 9 yaş böyük göstərilən xanım elmlər doktorunun yaşı kiçildilib.

Qaynarinfo-nun məlumatına görə, lmlər doktoru olan Eminli Tovuz Bəxtiyar qızının şəxsiyyət vəsiqəsində doğum tarixi səhvən 1976-ci il əvəzinə, 1967-ci il kimi göstərilib. 

2003-cü ildə pedeqoji elmlər namizədi elmi dərəcəsi, 2017-ci ildə isə pedoqogika üzrə elmlər doktoru dərəcəsi almış Tovuz Eminli buna görə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olub. Onun sözlərinə görə, məktəbə getməsi, ali məktəbə qəbul olunması və digər sənədlərlə sübut olunur ki, doğum tarixi səhvən 1967-ci il kimi göstərilib. 

Beləliklə yaşı səhvən 9 il böyük göstərilib ki, bu da gündəlik həyatında, iş fəaliyyətində müəyyən çətinliklər və anlaşılmazlıqlar yaradır. Üstəlik bir neçə il əvvəl xanım alimin Göygöl rayonundakı evindən oğurluq edən şəxslər pul, zinət əşyaları və həmin əşyaların saxlandığı yerdə olan doğum şəhadətnaməsini və bir çox sənədlərini də aparılblar. Tovuz Eminli 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinə müraciət etsə də, məsələ öz həllini tapmadığından Nərimanov Rayon Məhkəməsində iddia qaldırmalı olub. 

Hakim Nərgiz Tağıyevanın sədrliyi ilə keçirilən məhkəmədə qərar verilib ki, yenidən veriləcək doğum haqqında şəhadətnamədə Eminli Tovuz Bəxtiyar qızının yaşı 1976-ci il kimi göstərilsin.



Xəbərin oxunma sayı : 199




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap