“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Tanınmış idmançı vəkilinin pulunu vermədi - Məhkəmədə uduzdu

Tarix 16.09.25, 12:09

Font ölçüsü : - / +
bitmap-img6


“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə məhkəmə çəkişmələri barədə məlumatlar dərc etmişdik. Bu qalmaqallı iş təxminən 2 il davam etdi. 2023-cü ilin aprel ayında isə qalmaqallı işlə bağlı tərəflərin razılığından sonra məhkəmə yekun qərarını verdi.

Musavat.com xəbər verir ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu qanunsuz olaraq sökməsinə görə obyektin sahibi İlham Sərdarov 1.7 milyon manata yaxın təzminat tələb edirdi. Lakin tərəflər bu məbləğə razılaşmadığı üçün bir neçə instansiya məhkəməsində məhkəmə prosesləri baş tutdu. Həm şirkətin, həm də zərərçəkmişin xeyrinə məhkəmə qərarları çıxsa da, tərəflərin heç biri geri çəkilmirdi.


Nəhayət, 2023-cü ilin aprel ayında tərəflər razılığa gəldi. Razılığa əsasən, “Olympus Park” zərərçəkmiş tərəfə ümumi dəyəri 1 milyon 600 min manata yaxın əmlak və nağd pul ödədi.

Tərəflərin razılığından 2 aya yaxın vaxt keçəndən sonra başqa bir qalmaqallı hadisə ortaya çıxdı.

Bu dəfə “Lider” idman klubunun rəhbəri olan İlham Sərdarovu öz vəkili məhkəməyə verib. Buna səbəb isə İlham Sərdarovun müqavilə öhdəliyini yerinə yetirməməsi oldu. Belə ki, İlham Sərdarov müqavilədə razılaşmışdı ki, iş onun xeyrinə yekunlaşdığı təqdirdə alacağı təzminatın 2 faizini ödəniş olaraq vəkilinə verəcək. Amma “Olympus Park”a qalib gələndən sonra vədinə əməl etməyib və müqavilə şərti ilə razılaşmadığını deyib.

Vəkil isə müqavilə şərtinə əsasən İlham Sərdarovdan ödəniş olaraq 2 faizlik ödənişi tələb etdiyini bildirib. Buna görə də vəkil məhkəməyə müraciət edib.

Çıxarılan məhkəmə qərarı ilə İlham Sərdarov vəkilinə müqavilə üzrə aldığı kompensasiyanın 2 faizi məbləğində ödəniş etməlidir.

Bu qətnamə 4 aprel 2025-ci il tarixdə bakı Apellyasiya Məhkəməsi tərəfindən icraya yönəldilib.



Xəbərin oxunma sayı : 154




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap